Estoniyanın işğal edilmiş torpaqlarını istəməsinə Moskvadan cavab: “Mümkün deyil...”

Estoniyanın işğal edilmiş torpaqlarını istəməsinə Moskvadan cavab: “Mümkün deyil...”


Kreml Tallinin əraziLəri Estoniyaya qaytarmaq çağırışına cavab verib.


Dmitri Peskov, Estoniya Parlamentinin spikeri Henn Pylloaasın Rusiyanın ilhaq edilmiş əraziləri Estoniyaya qaytarmalı olması ilə bağlı bəyanatını qəbuledilməz hesab edir.

 

Sfera.az RİA Novosti-yə istinadla bildirir ki, Rusiya prezidentinin mətbuat katibi vurğulayıb ki, Moskva bu çağırışlarla razılaşa bilməz.


Az əvvəl Rusiya Xarici İşlər Nazirliyinin İkinci Avropa İdarəsinin direktoru Sergey Belyaev RİA Novosti-yə verdiyi müsahibədə qeyd etmişdi ki, Tartu Sülh Müqaviləsi çoxdan qüvvədən düşsə də, Tallin sərhəd müqaviləsinin ratifikasiya edilməsini müzakirə edərkən məhz həmin müqaviləyə istinad edir və Moskvaya ərazi iddiaları irəli sürür. Bu müsahibəyə münasibət bildirən Pulluaas isə bildirmişdi ki, Rusiya Estoniyanın ərazilərini özünə qaytarmağa borcludur.


Estoniya parlamentinin spikerinin fikrincə, yalnız Moskva Tartu müqaviləsini və ona uyğun olaraq Baltikyanı respublikanın sərhədlərini tanıyacağı təqdirdə sərhəd müqaviləsinin təsdiqlənməsində irəliləyiş əldə edilə bilər.

 

Xatırladaq ki, Sovet Rusiyası və Estoniya tərəfindən 1920-ci ildə imzalanan Tartu müqaviləsinə əsasən, Leninqrad və Pskov bölgələrinin bir hissəsi Baltik respublikasına birləşdirilmişdi. 1944-cü ildə bu ərazilər RSFSR-ə qaytarıldı. Hazırda Moskva müqaviləni heç bir hüquqi qüvvəsi olmayan tarixi sənəd kimi qiymətləndirir.

 

 

Amma Tallinfərqli düşünür. Sözügedən müqaviləyə istinadlar Rusiya-Estoniya sərhəd sazişinin təsdiqlənməsi haqqında qanunun preambulasına daxil edilib. Moskva bunu gələcəkdə ona ərazi iddiaları irəli sürmək fürsəti kimi qiymətləndirərək sənədin imzasını ləğv edib.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...