No Image
No Image

Ermənistanın təcavüzü ilə bağlı qətnamələr qəbul edildi

Ermənistanın təcavüzü ilə bağlı qətnamələr qəbul edildi
Bu ilin noyabrın 27-28-də Niger Respublikasının paytaxtı Niamey şəhərində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclası keçirilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sfera.az-a bildirilib ki, İƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən qətnamələr qəbul edilib.

Qeyd etmək istərdik ki, İƏT tərəfindən ənənəvi olaraq hər il qəbul olunan bu qətnamələrə bölgədəki son vəziyyət nəzərə alınmaqla yeni müddəalar daxil edilib.

"Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə bu ilin 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, təcavüz çərçivəsində mülki şəxslərə və mülki infrastruktura böyük zərərin vurulması, o cümlədən Azərbaycanın cəbhə zonasından kənarda yerləşən Gəncə, Bərdə, Tərtər şəhərlərinin sıx yaşayış məskənlərinin ağır artilleriya, ballistik və kaset raketlərinin hücumuna məruz qalmasını qətiyyətlə pislənilib. Ermənistan qüvvələri tərəfindən Azərbaycan mülki əhalisinə qarşı törədilən aktlar müharibə cinayəti və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilib. Sənəddə Azərbaycanın cavab əməliyyatları nəticəsində işğal olunmuş ərazilərinin əhəmiyyətli hissəsini azad etməsi və hərbi əməliyyatların dayandırılması üzrə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı üzv ölkələr tərəfindən alqışlanıb.

"Azərbaycan Respublikasına iqtisadi yardım” adlı qətnamədə Azərbaycan ərazilərinin işğaldan azad olunmasının Azərbaycan ərazisindəki bir milyondan çox məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və şərəfli qayıdışına və beləliklə də ciddi humanitar problemlərin aradan qaldırılmasına imkan verəcəyi qeyd olunur. Bu xüsusda üzv ölkələrə, İslam İnkişaf Bankı və digər İslam institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin geri dönüşünü təmin etmək üçün bu ərazilərin yenidən qurulması və bərpasında Azərbaycan hökumətinə və xalqına yardım etməyə çağırış öz əksini tapır. Burada, habelə bütün beynəlxalq institutlar Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini dəstəkləməyə çağırılır.

"Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” adlı qətnamədə Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilir, yenicə azad olunmuş ərazilərdə yerləşən Məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılır. Qətnamədə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunur.

Qeyd etmək istərdik ki, qətnamələr İƏT-in 57 üzv ölkəsi tərəfindən qəbul edilib.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İran XİN başçısının Azərbaycana səfərinin tarixi AÇIQLANDI

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 24-25-də Azərbaycanda səfərdə olacaq. Sfera.az xəbər verir ki, bu barədə  İranın Azərbaycand...

Prezident: "Əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar"

"Artıq qeyd etdik ki, bu gün bizim münasibətlərimizdə tarixi gündür. Əminəm ki, bugünkü imzalanma mərasimi regional əməkdaşlığın inkişafı üçün çox müsbət səmərə...

“Türkdilli dövlətlər arasında əməkdaşlığa töhfədir” – Aşqabadla Bakı yaxınlaşması nə vəd edir?

"Aşqabadla Bakı arasında münasibətlərin inkişafında yeni, daha geniş imkanlar pəncərəsi açıldı”. Bu sözləri Sfera.az-a açıqlamasında Aşqabadda Azərbaycanl...

“Çox mühüm, gələcək vəd edən layihəyə başlayırıq" - Türkmənistan Prezidenti Xəzərdəki “Dostluq” yatağından danışdı

"Azərbaycan ilə Türkmənistan hökumətləri arasında Xəzərdəki "Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlədilməsi və istismarına dair A...

Prezident Türkmənistanla imzalanan sənədin tarixi əhəmiyyətindən DANIŞDI

"Bugünkü sənəd tarixi əhəmiyyət daşıyır, çünki Azərbaycan ilə Türkmənistan ilk dəfədir Xəzərdəki yatağın birgə istismarına başlayır. Bu da ölkələrimizi, xalqlar...

Türkiyədə üzərinə “Qarabağ Azərbaycandır” yazılmış pul buraxıldı

Türkiyədə üzərinə "Qarabağ Azərbaycandır” yazılmış xatirə sikkəsi tədavülə buraxılıb. Sfera.az xəbər verir ki, gümüş pulun bir üzündə Azərbaycanın Zəfər r...