Ermənistanın sərhəddə törətdiyi təxribatlar Avropa mətbuatında

Ermənistanın sərhəddə törətdiyi təxribatlar Avropa mətbuatında
 Millət vəkili Könül Nurullayevanın "Azərbaycan sərhəddə baş verən təxribatların beynəlxalq ictimaiyyət tərəfindən araşdırılmasında və dəqiq qiymətləndirilməsində maraqlıdır” sərlövhəli məqaləsi Avropa mətbuatında dərc olunub  (//eutoday.net/news/security-defence/2020/azerbaijan-calls-for-international-investigation).

Sfera.az xəbər verir ki, məqalədə vurğulanır ki, iyulun 12-də erməni silahlı qüvvələri sərhədin Tovuz istiqamətində Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirərək bütün beynəlxalq hüquq normalarını pozublar. Bu gözlənilməz zərbə nəticəsində Azərbaycan hərbçiləri şəhid olub və Azərbaycan ordusu özünümüdafiə hüququndan istifadə edərək, qarşı tərəfə adekvat cavab verib: "Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd edərək, məsuliyyətdən boyun qaçırmağa çalışdı. Amma Azərbaycanın Ermənistanla dövlət sərhədində hər hansı bir hərbi məqsədi yoxdur. Ölkə rəhbərliyinin tapşırığı ilə sərhədin bir hissəsinin qorunması Sərhəd Qoşunlarına həvalə olunub. Yəni, burada Azərbaycan tərəfinin sərhədi hərbiləşdirməsindən söhbət getmir.

Lakin Ermənistan tərəfi israrla guya Azərbaycanın hərbi qulluqçuları – iki nəfər UAZ maşını ilə Ermənistan sərhədini pozaraq hərbi diversiya törətməyə cəhd göstərdiyini israr edir. Amma Ermənistan özü də anlayır ki, bu ittihamın heç bir məntiqi izahı yoxdur”.

Qeyd olunur ki, rəsmi Bakı açıq şəkildə aidiyyəti qurumlar vasitəsi ilə bütün beynəlxalq təşkilatları məlum hadisələrlə bağlı məlumatlandırıb, Təhlükəsizlik Şurasının toplantısında Azərbaycan Prezidenti operativ vəziyyət imkan verən kimi, Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin nümayəndəliklərində işləyən hərbi attaşelərin, jurnalistlərin, səfirliklərin digər nümayəndələrinin vəziyyətlə yerində tanış olmaları üçün həmin bölgəyə dəvət olunacağını bəyan edib: "Yəni Azərbaycan tərəfi baş verənlərin beynəlxalq ictimaiyyət tərəfindən araşdırılmasında və dəqiq qiymətləndirilməsində maraqlıdır.

Beynəlxalq ictimaiyyətin diqqət yönəltməli olduğu vacib məqamlardan biri də Azərbaycana məxsus sərhədyanı kəndlərin erməni silahlı birləşmələri tərəfindən atəşə tutulmasıdır. Məlumat üçün deyək ki, iyulun 14-ü mülki vətəndaşımız- Tovuz rayonu, Ağdam kənd sakini 76 yaşlı Əziz Əzizov həlak olub.  Eyni zamanda cəbhə bölgəsində yaşayan mülki əhaliyə xeyli ziyan dəyib”.

K.Nurullayeva qeyd edib ki, bu məsələ ilə bağlı müvafiq beynəlxalq faktaraşdırıcı missiyanın araşdırma aparmaq imkanı var.

"Sərhəddə baş verən təxribat kimə və niyə lazım idi?” sualına gəlincə, məqalədə qeyd olunur ki, demokratik prinsiplərin tamamilə pozulduğu, Venesiya Komissiyasının tövsiyələrinin rədd edildiyi, siyasi opponentlərin hakimiyyət tərəfindən təqib olunduğu Ermənistan bütün diqqəti  əsas məsələlərdən yayındırmaq məqsədilə sərhəddə təxribata əl atdı. Regionda yeni gərginlik yaratdı. Beynəlxalq ictimaiyyət də baş verənlərdən narahatdır. Yeri gəlmişkən, Avropa İttifaqı Ermənistan və Azərbaycanı qarşıdurmanı dayandırmağa və gərginliyin azalması üzrə tədbirlər görməyə çağırıb. Bu barədə Avropa İttifaqının Xarici Siyasət üzrə press ofisi bəyanat yayıb.”

Məqalədə o da qeyd olunur ki, Aİ tərəfləri atəşkəs rejiminə riayət etməyə, enerji və ehtiyatları koronavirus pandemiyası ilə mübarizəyə sərf etməyə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları bərpa etməyə və əhalini sülhə hazırlamağa çağırır: "Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə həllinə tərəfdar olub, süllh danışıqlarında konstruktivlik nümayiş etdirib. Lakin təəssüf ki, qarşı tərəfin destruktiv fəaliyyəti nəticəsində həll prosesində pozitiv dinamika əldə etmək mümkün olmayıb. Halbuki Azərbaycan beynəlxalq təşkilatların təklifinə uyğun olaraq,  Ermənistanla hansısa formada - humanitar, etimad tədbirlərinin gücləndirilməsi və s. əməkdaşlığa hazır ola bilər. Amma Azərbaycan rəhbərliyi bəyan edib ki, bunun  üçün mütləq danışıqlar prosesində tərəqqi, sülh razılaşmasına yaxınlaşma  olmalıdır. Ermənistan isə hətta qlobal pandemiya dövründə öz resurslarını münaqişə ətrafında vəziyyəti gərginləşdirməyə yönəldir. Halbuki, Aİ-nin çağırışında qeyd olunduğu kimi, resurslar daha çox problemlərin həllinə yönəlməlidir. Çünki hazırda buna bütün dövlətlərin ehtiyacı var. Ən çox da Ermənistanın....”


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...