Ermənistanın “qan damarı” əsgərimizin əlində - Bütün yollar Bakıya gətirir...

Ermənistanın “qan damarı” əsgərimizin əlində - Bütün yollar Bakıya gətirir...
"Gorus-Qafan yolunun əhəmiyyəti odur ki, Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tam blokada vəziyyətinə salındıqdan sonra İran düşmən ölkəni məhz bu yol vasitəsilə xilas edə bilib”.

Sfera.az bildirir ki, bunu beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib.
 
Onun sözlərinə görə, əsas məsələ odur ki, qarşıdan qış gəlir və bu yol Ermənistanın enerji təchizatında "qan damarı” rolunu oynamaqdadır:

"İran - Ermənistan ticarət dövriyyəsi illik 400 milyon dollar civarındadır. Bu malların 18 faizi təbii qazdır. Ermənistan hakimiyyəti Gorus-Qafan yoluna alternativ 68 kilometrlik yolun çəkilişinə start verib. Lakin proses o qədər ləng gedir ki, başa çatacağına ümid qalmayıb. Üstəlik yolun 6 kilomterlik hissəsində TIR-ların hərəkəti mümkünsüz görünür”.

Ekspert bildirib ki, Ermənistanın üç əsas beynəlxalq yolu olsa da, üçü də Azərbaycanın nəzarətinə düşür:

"Biri qeyd edilən yoldur. Digəri Gürcüstanla əsas əlaqə yoludur ki, Qazaxın hazırda işğal altında olan kəndlərindən keçir. Sonuncu yol isə Mehri-İrəvan yoludur - o da  Naxçıvanın işğal altında olan Kərki kəndindən keçir”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...