Ermənistandakı siyasi repressiyalar Paşinyan hakimiyyətinin müddətini uzatmağa xidmət edir

Ermənistandakı siyasi repressiyalar Paşinyan hakimiyyətinin müddətini uzatmağa xidmət edir
 

Müstəqillik əldə etdikdən sonra Ermənistanda tez-tez siyasi hakimiyyətdə dəyişikliklərin baş verməsi ənənə halını almışdır. Bütün hakimiyyətlər hakimiyyəti ələ keçirdikdən sonra həmişə özündən əvvəlkilərə qarşı represstiv tədbirlər həyata keçirmiş, real rəqiblərini aradan çıxarmaq üçün bütün vasitələrdən istifadə etmişdir. Bu isə həmişə Ermənistanda siyasi böhran yaratmış, siyasi böhran nəticəsində hakimiyyət dəyişiklikləri olmuş insanların yaşayış şəraiti pisləşmişdir. Ermənistanın hazırki baş naziri Nikol Paşinyan boş vədlər verərək xalqı aldatmış, küçə yürüşləri və mitinqlər edərək hakimiyyətə gələrək onsuz da iqtisadi vəziyyəti pis olan Ermənistanın iqtisadiyyatını daha da dözülməz hala salmışdır. Baş vermiş hadisələr bir daha sübut edir ki, küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyan Amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti tərəfindən dəstəklənir. Bu gün Ermənistanda antisorosçuların həbsi dediklərimizin bariz nümunəsidir.

Ermənistanın hazırki hakimiyyəti ilə kilsə arasında da ciddi fikir ayrılıqları mövcuddur. Bunu müxtəlif səbəblərlə əlaqələndirsələrdə əsas məqsəd Nikol Paşniyanın şəxsi maraqları daxilindədir.

Çiçəklənən Ermənistan Partiyasının Ermənistandakı mövcud hökumətin tam tərkibdə istefası tələbinə Nikol Paşniyanın cavabı çox gecikmədi. Nikol Paşniyanın rəhbərliyi ilə 14 iyunda Çiçəklənən Ermənistan Partiyasının sədrinə və tərəfdarlarına qarşı bir gündə 3 cinayət işi açıldı. Hazırki Ermənistandakı durum siyasi böhran həddinə çatmışdır. Mövcud gərginliklərin olmasına, insan hüquqlarının pozulmasına və digər zorakılıq hallarının baş verməsinə baxmayaraq qərb dövlətləri susmaqda davam edir, beynəlxalq təşkilatlar isə mövcud durum barədə heç bir münasibət bildirmirlər. Qeyd etmək lazımdır ki, Avropa Şurası parlament Assambleyası, ATƏT-in media azadlığı üzrə nümayəndəsi baş verən qanunsuzluqlara qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür ki, onların demokratiyasının fəlsəfəsi budur. Baş verən hadisələrə belə laqeyd münasibət Nikol Paşniyanın necə demokrat olmasını və kimə işləməsini açıq şəkildə göstərir.

Aygül Orucova

YAP Nəsimi rayon təşkilatının üzvü


OXŞAR XƏBƏRLƏR

Prezident onların vəzifədə olma yaş həddini artırdı - QANUNDA DƏYİŞİKLİK

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ko...

Nazirlik elmi müəssisələrin ləğvinin səbəbini açıqladı

Ölkə başçısının “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin ...

"Kartdan karta" köçürmə edənlərin nəzərinə

Son zamanlar bəzi mağazalarda POS-terminal cihazları mövcud olsa da, müştərilərdən ödənişi “card to card” yolu ilə, yəni birbaşa kartdan karta pul k...

“Qırmızı Körpü” və “Samur”un ərazisi genişləndiriləcək

“Qırmızı Körpü” və “Samur” dövlət sərhəd buraxılış məntəqələrinin genişləndirilməsi, sərhədkeçmə proseslərinin optimallaşdırılması və sü...

BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya

Aralarında azyaşlı uşaqlar da olmaqla 4 nəfərin ağır yaralanması ilə nəticələnən mina hadisələri ilə bağlı son xəbərlər bizi kədərləndirdi.   Sfera.a...

Azərbaycanda aktiv sürüşmə zonaları açıqlandı

Torpaq sürüşməsi Böyük Qafqazın cənub-şərq hissəsi üçün xarakterikdir. Quba, Qusar, Siyəzən, Şabran, Şamaxı, İsmayıllı, Qobustan ərazilərində sürüşmə təhlükəsi ...