Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir

Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir
Sabah Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri maraqlı "sürprizlər”lə zəngin olacaq. Bunu seçkiqabağı təbliğat-təşviqat mühiti də deməyə əsas verir.

Sfera.az xəbər verir ki, 44 günlük müharibəsində məğlubiyyətdən sonra imzalanan kapitulyasiya aktından sonra növbədənkənar seçkilərin keçirilməsi barədə yerli parlamentin qərarı elan olunan vaxtdan müxtəlif qütblü siyasi güclər arasındakı mövcud antaqonist ziddiyyətlər o dərəcədə kəskinləşib ki, buna, hərfi mənada "səngərsiz müharibə” demək olar.

Ölkədə seçkiqabağı kampaniyaya rəsmən start verildikdən az sonra məlum oldu ki, kampaniyaya qatılan "siyasi güc”lərin və onların gələcəkdə baş nazir postunda görmək istədiyi şəxslərin öz platformalarını elan etmək üçün hansısa standartları mövcud deyil. Yerli politexnoloq Viqen Haqobyan yaranmış vəziyyəti belə ifadə edir: "Seçkidə iştirak edənlər arasındakı mübarizə həyat yox, ölüm mübarizəsidir. Bu qeyri-adi seçki yalnız şəxsi təhlükəsizlik məsələsidir”.

Ermənistanın xilası seçkilərdə kimin qalib gələcəyindən deyil, təcavüzkar siyasətdən, Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarından əl çəkməkdən, regional əməkdaşlıq proseslərinə qoşulmaqdan və yeni reallıqlarla hesablaşmaqdan asılıdır. Onlar ölkəni düşdüyü bataqlıqdan yalnız bu halda çıxara bilərlər.
 
(AZƏRTAC)

OXŞAR XƏBƏRLƏR

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...