Ermənistan Qarabağ müharibəsində iştirak edən əsgərlərinə pul vermədi

Ermənistan Qarabağ müharibəsində iştirak edən əsgərlərinə pul vermədi
İkinci Qarabağ müharibəsində iştirak etmiş ermənilər hökumət tərəfindən onlara verilməli olan pulun bu günə kimi ödənilməməsindən şikayətlənirlər.

Bu barədə Sfera.az "News.am”a istinadən xəbər verir.

"Biz ön cəbhədən ötən ilin 30 noyabrında qayıtdıq. Pul kompensasiyasının verilməsi üçün bu günə kimi müxtəlif orqanlara müraciət edirik, amma bizə heç kim cavab vermir. Dekabrın 30-da Nazirlər Kabinetinə, bundan iki gün əvvəl isə Müdafiə Nazirliyinə müraciət etdik. Daha əvvəl komandanlığımıza müraciət olundu, amma yenə dəqiq cavab verilmədi”, - deyə Ermənistan ordusundan tərxis edilmiş hərbi qulluqçu David Ovannisyan bildirib.

O, qeyd edib ki, əsgər yoldaşları ilə Müdafiə Nazirliyinə gedib. "Bizi polkovnik Ara Arakelyan qəbul etdi, söz verdi ki, 30 dekabra qədər bütün ödənişlər ediləcək, amma bu olmadı. Mən yenidən Arakelyanla əlaqə saxladım, o bildirdi ki, problemdən xəbərdardır və bu barədə kimə lazımdırsa məlumat verib. Polkovnik dedi ki, məsələ hansısa sənədlərlə əlaqədardır”.

Ordudan tərxis edilənlər Ermənistanın baş nazirinin köməkçisi Nairi Sarkisyanla da əlaqə saxlayıblar. Nairi Sarkisyan bildirib ki, onların məsələsinin qısa zamanda həlli Yeni il bayramına görə baş tutmayacaq, hökumət bu məsələ ilə iş günləri başlanan kimi məşğul olacaq.

Yeni ilin birinci iş günündə ordudan tərxis edilən ermənilər general-mayor Vardan Avetisyanla görüşüblər. General-mayor bildirib ki, müvafiq komissiya bu məsələ ilə məşğul olur, məsələ növbəti həftə həllini tapacaq. Lakin erməni əsgərlərinə bu günə kimi pul verilməyib. /Report

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...