Ermənistan-PKK birliyinə dair daha bir fakt: Təkcə bir istiqamətdə 500 terrorçu döyüşür

Ermənistan-PKK birliyinə dair daha bir fakt: Təkcə bir istiqamətdə 500 terrorçu döyüşür
Ermənistan Qarabağda Azərbaycan tərəfdən terrorçu qrupların döyüşməsi barədə iddialarını davam etdirir. Lakin faktlar bunun əksini göstərir.

Sfera.az xəbər verir ki, cəbhə bölgəsinin təkcə bir istiqamətində 500 nəfərdən artıq terrorçu Ermənistan silahlı qüvvələrinin sıralarında savaşır. Bu barədə məlumatı Türkiyə mediası yayıb. Məlumatda bildirilir ki, terroçular əsasən PKK-üzvləridir. Erməni hərbi əsirlər də faktı təsdiq edir. Bildirilir ki, Ermənistan döyüşlərdə terrorçu qruplardan maksimum istifadə edir. Onların əhəmiyyətli hissəsi PKK-ya bağlı terrorçular olsa da, sıralarında Yaxın Şərq ölkələrindən gətirilən muzdlu döyüşçülər də var. Bundan əlavə, bölgədə erməni terror təşkilatlarının üzvləri də var.

Məlumata görə, terroçu qruplar Qarabağa 27 sentyabrda başlayan yeni eskalasiyadan xeyli əvvəl yerləşdirilib.

Məlumat üçün deyək ki, münaqişə alovlanmamışdan qabaq Ermənistanın Qarabağda qanunsuz məskunlaşdırma apardığı məlum olmuşdu. Bakı dərhal buna reaksiya verərək Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində bölgəyə terrorçuları yerləşdirməsi barədə dünyanı xəbərdar etmişdi.

Bu arada Türkiyə mediası Azərbaycan Ordusunun döyüş taktikasına diqqət çəkib. Bildirilir ki, Azərbaycan hərbçiləri ənənəvi türk döyüş taktikası olan "aypara” (Turan taktikası) ilə Ermənistan silahlı qüvvələrini darmadağın edir. Ermənistan silahlı qüvvələrini 3 tərəfdən əhatəyə alan Azərbaycan Ordusu zəfərlə irəliləməkdə davam edir.   
 
/Yenisabah.az

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...