Ermənistan mediası Gorus-Qafan yolundan yazdı: "Hərəkət iflic vəziyyətdədir"

Ermənistan mediası Gorus-Qafan yolundan yazdı:
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində yerləşdirilmiş polis və gömrükçülər İranın yük maşınları ilə yanaşı, həmin ölkədən gələn avtobusları da yoxlamağa başlayıblar. Bu gün isə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Gorusdan Qafana gedən yolu İranın yük maşınları üçün bağladığı haqda informasiya yayılıb.

Sfera.az xəbər verir ki, bu barədə erməni mediasında məlumat yayılıb. Məlumata əsasən, Gorusun çıxışında Qafana buraxılmayan onlarla İrandan gələn yük maşını toplaşıb. Bildirilir ki, iranlı sürücülərin çoxu Gorus istiqamətində gedərkən pulları olmadığından cərimə ödənişini etməyiblər. 

Onların sözlərinə görə, Ermənistan polisi və MTX  iranlı sürücülərə kənar yoldan istifadə etməyi məsləhət görüblər. Lakin yük maşınları həddindən artıq böyük olduğundan sözügedən bu dar yolla hərəkət etməkdə çətinlik çəkirlər. Qeyd olunur ki, bu yoldan istifadə edən bir neçə sürücü qəza törədib.

"Əsas səbəb odur ki, onlar ödəniş edə bilməsələr, müxtəlif problemlər yarana bilər"-, deyə Ermənistan KİV yazır.

Qeyd edək ki, son günlər İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı. Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Bununla bağlı Azərbaycanın Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində polis postu qoyulub. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...