Ermənistan daha bir iqtisadi drayverini itirdi - FOTO

Ermənistan daha bir iqtisadi drayverini itirdi - FOTO
Ermənistanın emal sənayesinin aparıcı sahələrindən biri spirtli içki istehsalıdır. Hazırda üzüm şərabları və digər spirtli içki növü istehsalı bu ölkənin iqtisadiyyatında əsas drayver sektorlardan hesab edilir. Lakin, pandemiya və müharibənin təsiri ilə sektor böhran yaşayır və bu böhran daha da dərinləşir.

Sfera.az bildirir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 2019-cu ildə içkilər, o cümlədən, spirtli içkilər üzrə ixracın həcmi 293 milyon ABŞ dolları olub. Bu da ümumi ixracda 11 faizi təşkil edib. Beləliklə, Ermənistanda ixracın həcminə görə iqtisadiyyatın bu sektoru 4-cü yerdə qərarlaşıb və buna görə də ölkəyə əsas valyuta gətirən sahələrdən biri hesab edilir.

Ermənistanda istehsal olunan şərab və digər alkaqollu içkilərin 75,1 faizi ənənəvi olaraq Rusiya Federasiyasına ixrac edilir. Bununla yanaşı digər ixrac bazarlarına Ukrayna, Belarus, ABŞ, Çin, İsveçrə, Polşa, Fransa, İtaliya aiddirlər. Pandemiyadan ciddi zərər çəkmiş sahənin 2020-ci il üzrə inkişafında mənfi bir tendensiya yaşanır.

2020-ci ilin 7 ayı ərzində Ermənistanın şərab isehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz azalıb. Müharibənin təsiri ilə bu böhran daha da dərinləşir. Təbii ki, bu sektorda geriləmə ixracın azalması ilə yanaşı ölkəyə gələn birbaşa xarici investisiyanın da azalmasına gətirib çıxaracaq.

Həmçinin, şərabçılıq və digər alkaqollu içkilərin istehsalı Ermənistanda əsas investisiya imkanları olan 5 sahədən biridir. Bu sahədəki geriləmə nəticəsində Ermənistan həm də xarici bazarlardakı mövqelərini itirəcək.

Vurğulanıb ki, hazırda ölkədə üzümçülük məhsullarına tələb azalır və bu da fermərlərin gəlirlərinin azalmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, Ermənistanda kasıb əhalinin önəmli hissəsi kənd yerlərində yaşayır, fermerlərin gəlirlərinin azalması öz növbəsində kənd yerlərində kasıblıq həddinin artmasına gətirib çıxaracaq.

Qeyd edilib ki, Ermənistanın işğalçı siyasətinin mənfi təsirlə bu ölkədə iqtisadiyyatın bütün sahələrində özünü göstərir. Bu isə ondan xəbər ki, Ermənistanın uzunmüddətli müharibə aparmağa nə resursu, nə də iqtisadi gücü var.

OXŞAR XƏBƏRLƏR

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...