No Image
No Image
No Image

Ermənistan atəşkəsi 69 dəfə pozub

Ermənistan atəşkəsi 69 dəfə pozub
 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 69 dəfə pozub.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

OXŞAR XƏBƏRLƏR

Qubadlı istiqamətində düşmənin döyüş təyyarəsi məhv edildi

Oktyabrın 24-də gündüz saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bö...

Azərbaycanda daha 792 nəfər yoluxdu, 8 nəfər öldü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb, 220 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər ver...

"Bayrağımız Şuşada dalğalanacaq!" - MN daha bir video yaydı

Müdafiə Nazirliyi daha bir video yayıb.  Sfera.az-ın xəbərinə görə, videoda əsgər bildirir ki, artilleriya bölməsi olaraq döyüş başlayandan düşmənin ...

Nazir erməni terrorunun qurbanları olan şagirdlərdən YAZDI

Təhsil naziri Emin Əmrullayev Ermənistanın müharibə cinayəti nəticəsində daha iki şagirdin vəfat etdiyini açıqlayıb. Sfera.az xəbər verir ki, E.Əmrullayev...

“Noyabra qədər Azərbaycan torpaqlarının böyük bir hissəsini azad edəcək” - Rusiyalı politoloq

Dağlıq Qarabağda hərbi əməliyyatlar davam edir. Rusiyalı politoloq Aleksandr Karavayevin fikrincə, noyabrın 1-nə qədər Azərbaycan torpaqlarının böyük bir hissəs...

Laçın və Qubadlı Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb....