Ermənilərin çoxu anlayır ki, müharibə olsa, Ermənistanın şansı yoxdur

Ermənilərin çoxu anlayır ki, müharibə olsa, Ermənistanın şansı yoxdur

Ankaranın aldığı "S-400” zenit-raket komplekslərinin (ZRK) ilk hissəsi iyulun 7-də Rusiya təyyarələrinə yüklənəcək, gələn həftə isə Türkiyəyə çatdırılacaq.

Bu barədə"Habertürk” öz mənbələrinə istinadən məlumat verir.

Qeyd edilir ki, tədarük iki nəqliyyat təyyarəsində həyata keçiriləcək. Sistemin quraşdırılmasına cavabdeh olan doqquz rusiyalıdan ibarət qrup iyulun 8-də Türkiyəyə gələcək.

"Sputniknews” nəşri Türkiyə Prezidentinin nümayəndəsinə istinadən bildirir ki, Ankara hava hücumundan müdafiə sistemlərini "çox tezliklə, yaxın günlərdə”əldəedəcək. Onun sözlərinə görə, Türkiyə hakimiyyəti hələ də"S-400”ün yerləşdirmə variantlarını öyrənir. Məqsəd bu ZRK-nın alışına görə Türkiyə-ABŞ münasibətlərinin kəskinləşməsindən qaçmaqdır. "Triumf” "S-400” ZRK-nın Azərbaycan və Qətərdə yeləşdirilməsi istisna edilmir.

Xatırladaq ki, Rusiya və Türkiyə 2018-ci ilin sonunda dörd ədəd "S-400” kompleksinin Ankaraya satışı haqqında 2,5 milyard dollar dəyərində saziş imzalayıb.

Türkiyənin aldığı "S-400” komplekslərinin Azərbaycan və ya Qətərdəyerləşdirilməsi Ankara və Vaşinqton arasında gərginliyi azaltmağa kömək edə bilərmi?

Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov Media.az-a bildirib ki, bu, gərginliyi çətin ki aradan qaldırsın, lakin vəziyyəti müəyyən dərəcədəyumşalda bilər.

Onun sözlərinə görə, ZRK-nın Azərbaycanda yerləşdirilməsinin real faydası var:

"S-400” Azərbaycandan Türkiyəsəmasını qoruyacaq. Qətərəgəlincə, bu ölkə Türkiyənin çox vacib tərəfdaşıdır. Xatırlayaq ki, ABŞ tərəfindən Qətərəqarşı artıq "basqın” olub vəAnkara böhranın öhdəsindən gəlmək üçün bu ölkəyə kömək edib. Ona görə bu, ən pis variant olmayacaq. Mənəelə gəlir ki, türklər bu ZRK-larıöz ərazilərində dəyerləşdirəcək”.

-Belə komplekslərin Azərbaycanda yerləşdirilməsi "S-400” ZRK-nın ölkəmizin də hava məkanını qoruyacağıanlamına gəlirmi?

- Azərbaycanın hava məkanı artıq kifayət qədər yaxşı qorunur. Lakin şübhəsiz ki, "S-400” tam təhlükəsizliyi təmin edəcək. Bu kompleksləri Naxçıvanda, Türkiyənin bilavasitə yaxınlığında yerləşdirmək olar. Və müvafiq olaraq, hansısa ölkələrin Azərbaycanın ərazi bütövlüyünə qəsdlərinə mane olmaq mümkündür.

-"Hansısa ölkələr” deyəndəErmənistanı nəzərdətutursunuz?

- Bəli, əlbəttə...

-Yeri gəlmişkən, Yerevandan son vaxtlar aqressiv, hücuma keçmək bəyanatları tez-tez səslənir. Bu komplekslər erməni cəmiyyətini "sakitləşdirəcək”?

- Prinsipcə, Ermənistan cəmiyyəti döyüşə can atmır, erməni isteblişmenti vəbəzi hərbçilər haqqında bunu demək olmaz. Fikrimcə, ermənilərin çoxu anlayır ki, Azərbaycan Ordusunun bu səviyyədə silahlanması qarşısında Ermənistan tərəfinin davam gətirmək üçünsadəcə olaraq heç bir şansı yoxdur.

 


 

 



OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...