Ermənilərdən yeni sərsəm iddia: Kiyev və Moskvanı ermənilər tikib - VIDEO

Ermənilərdən yeni sərsəm iddia: Kiyev və Moskvanı ermənilər tikib - VIDEO

Sosial şəbəkədə özünü təqdim etməyən erməni əsilli bir şəxsin videosu paylaşılıb.

 

Həmin video görüntüdə sözügedən şəxs rusları öz tarixlərini bilməməkdə ittiham edir və onları "gerçək” tarixi faktlarla tanış edir. Onun söhbətindən belə məlum olur ki, əslində Kiyevi də, Moskvanı da ermənilər yaradıb.


Sfera.az psixi pozğunluqdan əziyyət çəkən erməni ”tarixçi alim”in söylədiklərini olduğu kimi təqdim edir:

 

"Siz öz tarixinizi yaxşı bilmirsiniz. Sizə görə Kiyevin əsası haradasa 900-cü illlərdə qoyulub, halbuki Ermənistanın tarixində qeyd edilib ki, ermənilər Kiyevi 5-6-cı əsrdə inşa ediblər: siz Kiyev adlı şəhərin mövcudluğundan xəbər tutandan 300 il əvvəl! Bu haqda bilmək, oxuyub öyrənmək lazımdır.

 

Kremli ziyarət edin. Orada Vasili Blajennı kilsəsi var. Həmin kilsənin divarları üzərindəki: "Erməni kilsəsi” yazısını oxuyun. Bəlkə o zaman sizə aydın olar ki, Ermənistanın xriistian əhalisini, yəni erməniləri xilas etmək nə deməkdir. Bunu anlamaq lazımdır.”

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR