Ermənilər yalançı mina xəritələri də təqdim edə bilərlər – Hərbi ekspert

Ermənilər yalançı mina xəritələri də təqdim edə bilərlər – Hərbi ekspert
Hər bir hərbi əməliyyatda onun sona çatmasından sonra işğalçı tərəf qonşusunun zəbt etdiyi torpaqlarından çıxanda orada yerləşdirdiyi mina xəritəsini təqdim edilməlidir.

Bu hərb qaydalarında öz əksini tapır. Lakin 4 ay müddətinə yaxındır ki, Qarabağda hərbi əməliyyatlar bitib, lakin erməni tərəfi Azərbaycana bu xəritələri təqdim etməkdən boyun qaçırır.
 
Bəs, buna səbəb nədir?

Sfera.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev açıqlamasında bunun erməni ordusunda olan intizamsızlığın səbəb olduğunu düşünür.

"Biz ermənilərdən indiyə qədər müsbət hərəkət görməmişik. Sadəcə, onlar dəmir yumruq başlarına dəydikdən sonra, bəzi ərazilərdən geri çəkilməyə məcbur oldular. Onların mina sahələrinin xəritələrini bizə verməməklərinin əsas səbəbi, odularında olan nizam-intizamsızlıqdır.

Çünki bu cür xəritələr hər bir orduda olmalıdır. Görünür ki, onlarda minalar plansız şəkildə düzülüb və bunların heç biri də sənədləşdirilməyib”, - deyə o, bildirib.

Ekspert həmçinin qarşı tərəfin bunu qəsdən etdiyi barədə versiyası olduğunu da deyib. 
 
"İkinci səbəb kimi  isə bunun qəsdən edildiyi qənaətinə gələ bilərik. Ola bilsin bəzi ərazilərin mina xəritələri var, lakin onlar bunu təqdim etməkdən imtina edirlər. Çünki bu onların xislətinə uyğundur.

Hansısa insan itkilərinin qarşısını almaq üçün xəritləri verməkdənsə, onlar bunun əksini edir. Bizim insanlarımızın həlak olması onlar üçün bir əhəmiyyət kəsb etmir. Onlar hətta yanlış xəritələr də təqdim edə bilərlər, çünki xislətlərində faşizim var”.

Ədalət Verdiyev mina təmizləmə işlərini həyata keçirən insanların daha diqqətli olmalarını tövsiyyə edib:
 
"Onların məsuliyyəti çox böyükdür. Vətəndaşlarımızın da o bölgələrə rəsmi icazəsi olmadan getməsi məqsədəuyğun deyil”.

Sonda ekspert Azərbaycan xalqının ermənilərdən indiyə qədər humanitar məqsədli müsbət bir addım görmədiyini vurğulayaraq, bundan sonra da onlardan belə bir jestin gələcəyinə inanmadığını deyib. (Bizim.Media)

OXŞAR XƏBƏRLƏR

İordaniya XİN Aktaudakı təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verdi

İordaniya Haşimilər Krallığının Xarici İşlər və Miqrantlarla iş üzrə Nazirliyi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində hə...

Sabiq prezident 48 saatlıq həbs oluna bilər - SƏBƏB

Cənubi Koreyada vəzifəsindən kənarlaşdırılan Yoon Suk Yeol Korrupsiya İstintaq İdarəsinin (CIO) ifadə vermək çağırışına yenə cavab verməyib.   Sfera....

Almaniya səfiri Azərbaycana başsağlığı verdi

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağl...

Bakıda binada güclü yanğın başlayıb - Video - Yenilənir

Bakı şəhər Yasamal rayonunda çoxmərtəbəli binada yanğın başlayıb.   Sfera.az xəbər verir ki, binanın orta mərtəbəsində yerləşən mənzillərin birində a...

Qəza ilə bağlı psixoloji dəstək qrupu yaradıldı

Bakı-Qroznı reysi üzrə uçan təyyarənin qəzaya uğraması nəticəsində zərərçəkən ailələrə dəstək məqsədilə psixoloqlardan ibarət qrup yaradılıb.   Sfera...

AZAL ona məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verdi

"Azərbaycan Hava Yolları" QSC (AZAL) ona məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ...