Ermənilər Kəlbəcərdə məktəbləri də yandırır - VİDEO

Ermənilər Kəlbəcərdə məktəbləri də yandırır - VİDEO
Ermənistan işğal etdiyi Azərbaycanın Kəlbəcər rayonunu vandalizm aktları törədərək boşaldır. Kəlbəcər işğal olunandan sonra qanunsuz şəkildə rayona yerləşdirilən erməni əhalisi azərbaycanlılara məxsus evlərdə yaşayıb. İndi rayonu tərk edərkən həmin evlərlə yanaşı, məktəbləri də yandırırlar. Beynəlxalq media tərəfindən yayılan foto və videolarda da bu vandallıq öz təsdiqini tapır.

Bu barədə Sfera.az-a Ombudsman Aparatından daxil olan məlumatda qeyd olunub. Bildirilib ki, Ermənistan mətbuatında Kəlbəcəri tərk edən məktəb direktorunun məqsədli şəkildə məktəb binasını yandırmasının fəxrlə vurğulanması da onların növbəti vandallıq aktlarının sübutudur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dünya dövlətlərini, beynəlxalq təşkilatları təcavüzkar Ermənistanın vandalizm aktlarının qarşısının alınmasına çağırıb.

Özünü Təhlükəsiz Məktəb Bəyannaməsinin "dəstəkçilərindən” biri kimi təqdim edən Ermənistan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki 1107 təhsil obyektinin və 855 uşaq bağçasının tamamilə məhv edilməsinə görə məsuliyyət daşıyır.
 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...