No Image
No Image

Erməni təxribatı nəticəsində Tərtərdə 76 obyekt tam dağılıb

Erməni təxribatı nəticəsində Tərtərdə 76 obyekt tam dağılıb
Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtər rayonunda mülki obyektlərə dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi yekunlaşmaq üzrədir.

Sfera.az xəbər verir ki, bu barədə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü Qubad Heydərov deyib. O bildirib ki, komissiya üzvləri artıq Tərtərdə 90 faiz əraziyə baxış keçirib: "Ümumilikdə, 3 800 obyektə baxış keçirilib. Onlardan 34-ü sosial, 24-ü inzibati bina, 102-si sahibkarlıq obyektidir. Həmin obyektlərdən 76-sı tam qəzalı vəziyyətə düşüb, bərpası mümkün deyil. Qalan mənzil və obyektlər bərpa və təmirə ehtiyacı olanlardır. Hazırda 600-ə yaxın obektə baxış keçiriləcək ki, həmin obyektlərin sahibləri sonradan komissiyaya müraciət ediblər".
 
(trend)
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR