No Image
No Image

Erməni məmur Rüstəm Muradovu ölümlə HƏDƏLƏDİ

Erməni məmur Rüstəm Muradovu ölümlə HƏDƏLƏDİ
Ermənistanın Avan rayonu merinin müavini Nerses Poqosyan Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradovu ölümlə hədələyib. 
 
Sfera.az bildirir ki, bu barədə erməni mediası məlumat yayıb. 

Qeyd edilir ki, Poqosyan Muradova səslənərək "Mənim əsgərlərimin qanı ilə oynadığın üçün sən öz həyatınla cavab verəcəksən, əqrəb kimi öləcəksiniz", - deyib.

Xatırladaq ki, iki gün öncə Ermənistanda "hərbi əsirlər"in İrəvana qaytarılması ilə bağlı ajiotaj yaranmışdı. Hətta xeyli sayda insan onları qarşılamaq üçün aeroporta toplaşmışdı. Bu məsələyə reaksiya verən Rüstəm Muradov Ermənistan hakimiyyətini təxribatda ittiham edib.

"Erməni hərbi əsirlərin Bakıdan gətiriləcəyi barədə xəbərlər təxribat idi",- deyən rusiyalı general bildirib ki, "əsirlərin" qaytarılması ilə bağlı heç nə planlaşdırılmamışdı və bu, Bakıya işgüzar səfər idi. /Azvision.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Lavrov Bakıdadır

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayıb. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu axşam o, Prezident İlham Əliyevlə ...

"Odla oynamasınlar! Zərrə qədər təhlükə görsək, onları dərhal məhv edəcəyik" - Prezidentdən Ermənistana XƏBƏRDARLIQ

"Mənim sözüm yerindədir. Əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Heç kimə də...

Paşinyanın türk qorxusu: "Bunun Ermənistan dövləti üçün böyük faciəyə çevriləcəyini bilir"

"Sputnik-Armeniya" Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın maraqlı bir açıqlamasını yayıb. Paşinyan deyib ki, türklərlə düşmənçilik idarəo...

“Haber Global” Prezident İlham Əliyevin sözlərini xatırlatdı - VİDEO

44 günlük Vətən müharibəsinin gedişində Prezident İlham Əliyevin bir sıra ifadələri aforizmə çevrilərək xalq arasında geniş yayıldı. "Haber Global” bildir...

Bayden Putinlə niyə məhz Bakıda görüşəcək? – Tofiq Zülfüqarov detalları açıqladı

"Baydenin Putinlə Bakıda görüşəcəyini dəqiq deyə bilmətəm, amma bu variantı istisna da etmirəm”. Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ-ın məşhur "Pol...

Lavrov Bakıya “Hadrut planı” ilə gəlir? – “Erməniləri Hadruta qaytarmaq, sonra isə...”

"Sergey Lavrovun İrəvana getdiyi gün "Hadrut erməniləri”nin Ermənistan Xarici İşlər Nazirliyinin önündə aksiya keçirməsi təsadüfi deyil. Ermənilər sülhməramlı...