Ərini filosofa qısqanan qadın: Hegel ailəmi dağıdır

Ərini filosofa qısqanan qadın: Hegel ailəmi dağıdır

"Reddit” istifadəçisi olan bir qadının fikrincə, ərinin fəlsəfəyə marağı onların ailəsini dağıdır.

Bu paylaşım "Twitter”də də müzakirələrə səbəb olub.
İxtisasca fizik olan qadının sözlərinə görə, filosof-alim əri 1831-ci ildə dünyasını dəyişmiş alman filosofu Hegelin əsərlərinin aludəçisidir. Həyat yoldaşının təkidlərindən sonra arvad da Hegelin yaradıcılığı ilə maraqlanmağa başlayıb. 

Mübahisələr də bundan sonra başlayıb. Hegel fəlsəfəsi onların arasında ciddi fikir ayrılıqlarına səbəb olub. Qadın iddia edib ki, onun müddəalarının çoxu müasir fizika qanunları ilə uzlaşmır, bu fikirləri qəbul etməyən ər isə mövqeyini  qadın üçün anlaşılmaz terminlərlə əsaslandırmağa çalışıb. 

Bundan başqa, kişi çarpayısının yanına Hegelin fotosunu qoyub və mobil telefonunda arvadının örtük şəklini də Hegelin rəsmi ilə əvəzləyib. 

Qadın paylaşımında yazıb: "Mənə elə gəlir, ərimin diqqəti uğrunda 200 yaşlı filosofla rəqabətə çıxmışam”.

Sonuncu mübahisədən sonra ər evdən çıxıb və geri qayıtmayıb. (oxu.az)

 

 


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...