Maraqlı

Ən qəribə adlar ilə bağlı yarışın qalibi əsl adını 15 yaşında öyrənib

Ən qəribə adlar ilə bağlı yarışın qalibi əsl adını 15 yaşında öyrənib
 

Meksikanın Merida şəhərində (Yukatan ştatının paytaxtı) yerləşən Casera Pizza kafesi ən qəribə adlar ilə bağlı konkurs elan edib.

Sfera.az xəbər verir ki, qalibə 49 peso (2,49 dollar) müqabilində iki böyük pizza təqdim edilirdi.

Yarışmanın finalına Verçinqeotoriq, Nivea, Baxtzibaldi, Yudxistir adını daşıyan insanlar çıxıb.

 

Lakin yarışmanın qalibi Cero Cero Tres adlı gənc olub. Onun adı ispan dilindən tərcümədə "Sıfır Sıfır Üç” mənasını verir.

Qeyd etmək lazımdır ki, həmin gənc əsl adını 15 yaşında öyrənib.

Bu zamanadək valideynləri onu Bambino ("Körpə”) adı ilə çağırıb. Tam adı Cero Cero Tres Miller Santos Cable olan gənc ailədə üçüncü uşaq olduğu üçün belə adın sahibi olub.

(oxu.az)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930