Əməkdar artistdən Xalq artisti adına layiq görülən Miri Yusifə ismarıc: Ona “sənətkar” deyə bilmərəm

Əməkdar artistdən Xalq artisti adına layiq görülən Miri Yusifə ismarıc: Ona “sənətkar” deyə bilmərəm

Bu məsələ ilə bağlı fikrimi almaq üçün bir çox insanlar mənə zəng edib. Tünzalə Ağayeva Azərbaycanın güclü səslərindən biridir. Mən bunu ürəklə deyirəm. Röya Ayxan ürəkdir, ürək.

Bu sözləri Əməkdar artist Firuzə İbadova tədbirlərin birində Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib. O, gənc müğənnilərin fəxri ad alması ilə bağlı məsələsini özünəməxsus şəkildə şərh etdi:

 

"Şərt deyil sənin səsin üç "oktava” olsun, əsas ürəkdir. Təpədən-dırnağa qədər ürəkdir. Bunu isə danmaq olmaz, günahdır. Paxıllıq etmək lazım deyil. Axı niyə bəzi müğənnilər onlara paxıllıq edirlər? Azərbaycanın vətəndaşları öz balalarımızdırlar. Röya körpə yaşlarından mənim gözümün önündə böyüyüb. Röyanın atası Yaqub bəyin də gözəl səsi olub. Bir tərəfi Gəncəli, bir tərəfi isə Qarabaqlıdır. Onların "Xalq artisti” fəxri adına layiq görüldüklərinə çox sevindim”.

"Bu fikirləri Xalq artisti adına layiq görülən Miri Yusifə də aid edə bilərik” sualını vermişdik ki, əməkdar artist fikirlərini bu cür tamamladı:

"Əgər Miri Yusif də Röya və Tünzalə kimi fəxri ada laiq görülübsə, halal xoşu olsun. Ona mən "sənətkar” deyə bilmərəm. Çünki mən Şövkət Ələkbərova görmüşəm, "Mahnı Teatr”ı ilə dünyanın 50 ölkəsini gəzmişəm. Mən yalandan durub "Ürəyim Miri Yusif üçün gedir” deyə bilmərəm. Miri Yusif də bizimkidir qoy alsın!”.

Redaksiyamızın əməkdaşının "Üçlüyün uğuruna bəzi sənətçilər heç sevinmədi” cümləsini Firuzə İbadova bu cür davam etdirdi:

"Zamanı gələr onlar da düzələr. Onların illərlə gördükləri öz zəhmətləri yadlarına düşür,  bəlkə də ona görə bir az narahat olurlar. Çox dəyərli ifaçılarımız var ki, hələ heç bir fəxri ada layiq görülməyiblər. Elə biri Akif İslamzadədir. O uzun müddətdir ki, oxumur. Amma səsi artıq tarixə həkk olunub. Onun simasında bir çox sənətçilər var ki fəxri adsızdırlar. Elə bu səbəbdən ola bilər ki, umu-küsülükləri olsun”. (oxu.az)

OXŞAR XƏBƏRLƏR

Məşhur müğənni koronavirusa yoluxdu - FOTO

 Məşhur estrada müğənnisi Flip Kirkorov koronavirusa yoluxub. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kirkorov özü mətbuata açıqlam...

Aysel ilə Oktayın ayrılmasına səbəb olan XƏYANƏT - VİDEOSU

Xəbər verdiyimiz kimi, bloqer Aysel Şükür həyat yoldaşı Oqtay Əhmədovdan ayrılıb. Sfera.az Yenicag.az.-a istinadla xəbər verir ki, Aysel ərinin ona xəyanət etd...

"Gördükləriniz anlayacağınız qədərdir" — Kənan

Xəbər verdiyimiz kimi, bu gün mətbuatda əməkdar artist Aybəniz Haşımovanın blogger qızı Aynişanın həyat yoldaşından ayrılma xəbəri yayılıb.   Sfera.az xə...

“Ciddi və haqsız bir ittihamdır” – Afaq Brilliantla yaşadığı qalmaqaldan danışdı

 "Ciddi və haqsız bir ittihamdır. Heç kimə sosial şəbəkədə cavab verən deyiləm. Mənim mənliyim, cəsarətim, şəxsiyyətim var. Brilliant Dadaşovaya qarşı heç ...

“Mən “hə!” dedim” – Sevdanın nikahından - FOTOLAR

Özünəməxsus tərzi ilə sevilən ifaçı Sevda Yahyayevadan yeni xəbər var. Hokm.az xəbər verir ki, tanınmış müğənni öz "İnstagram” səhifəsində nikahından foto...

Dubayda yaşayan azərbaycanlı model izləyicilərini heyran qoydu - VİDEO

 "Best fashion model 2017” və "Miss Europe 2018” gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə ...