Əməkdar artist Siyavuş Aslanın oğluna ölüm arzuladı: “Ona niyə yazığınız gəlir?”

Əməkdar artist Siyavuş Aslanın oğluna ölüm arzuladı: “Ona niyə yazığınız gəlir?”
"Siyavuşun bütün mirasını Çingiz məhv etdi. Belə adamın ayıbını ancaq torpaq örtər, qoy ölsün, ona niyə yazığınız gəlir?”

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva "Elgizlə izlə” proqramında qonaq olarkən söyləyib.


Aktrisa Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslandan bəhs edərək, aktyorun ölümündə onu günahlandırıb:

"O, gün Çingizin qonaq olduğu verilişi izlədim. Həm əsəbləşdim, həm də dərin sarsıntı keçirdim ki, o cür sənətkarın oğlunun aqibətinə bax. Çingiz vaxtında Siyavuşa da, anası Ofeliya xanıma da çox zülm edib. Hər kəs bilirdi ki, Siyavuş qızılı çox sevir. Dünyanın hansı ölkəsinə gedirdisə, oradan mütləq qızıl alıb gətirərdi. Onun evində seyfi vardı, pulunu da, qızılı da orada saxlayardı. Bir gün teatrda "Hökmdar qız” tamaşasına hazırlaşırdıq. Qəfil Siyavuş otağıma qaçdı ki, maşının açarını ver, bəs Çingiz seyfin açarını tapıb. Nə qədər pul, qızıl varsa hamısını götürüb, yoxa çıxıb”.

Aktrisa bildirib ki, Siyavuş dəfələrlə onu müalicə etdirsə də xeyri olmayıb:

"Çingizin əlinə pul keçən kimi hamısını narkotikə verirdi. Çox xeyirsiz ovlad olub, elə ölməyi məsləhətlidir. Siyavuş iki mərtəbəli ev tikdirmişdi. Bir mərtəbəsində özü, digərində isə Ofeliya xanım qalırdı. Onlar ayrılsalar da Siyavuş Ofeliyanı çox sevirdi. O evi də Çingiz satdı, özü də şəhərin ən gözəl məkanlarından birində yerləşirdi. Çingiz o evi 15 günə satdı, indi həmin evlərin dəyəri milyonlarla ölçülür”
 
Jalə Mehdi
Sfera.az
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...