Elnur Allahverdiyev: “Dövlət müəssisələrinə yatırılan sərmayə dövlətə gəlir gətirməlidir”

Elnur Allahverdiyev: “Dövlət müəssisələrinə yatırılan sərmayə dövlətə gəlir gətirməlidir”
 "Postpandemiya dövründə milli iqtisadiyyatımızın bərpası istiqamətində ciddi işlər görülməlidir. Prezident İlham Əliyev artıq iki istiqaməti elan edib. Söhbət dövlət müəssisələrinin idarə olunmasında səmərəliliyin artırılması və ümumən iqtisadi liberallaşmadan gedir”.

Bu sözləri bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycan iqtisadiyyatının formalaşmasında dövlət müəssisələrinin əlahiddə çəkisi var: "Tək bir faktı qeyd etmək yetərlidir ki, bu müəssisələrin məşğulluq prosesindəki payı 25 faizdir. Onların aktivlərinin həcmi ölkə ÜDM-nə bərabər səviyyədədir. 15 ən iri dövlət müəssisəsini götürsək, görərik ki, onların aktivləri ölkə ÜDM-i qədərdir. Bu müəssisələrin səhmdarının dövlət olması nöqteyi-nəzərindən, məhz dövlət onların müasirləşdirilməsi, idarəçiliyin səmərələşdirilməsi, kapitallaşması, texnoloji baxımdan yenilənməsi prosesini həyata keçirməlidir. Biz pandemiya şəraitində iqtisadiyyatımızın hansı yöndən əziyyət çəkdiyini gördük. Eyni zamanda şahidiyik ki, bu böhranda böyük yük dövlətin üzərinə düşür. Dövlət bu müəssisələrin səhmdarı olduğundan onların gəlirlilik problemi ilə məşğul olmalıdır. Yəni faktiki olaraq dövlət müəssisələrinə yatırılan sərmayə dövlətə gəlir gətirməlidir”.

E.Allahverdiyev əminliklə bildirib ki, Dövlət İnvestisiya Holdinqinin yaradılması ilə dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəliliyinin yüksəldilməsi, modern korporativ idarəetmə prinsiplərinin tətbiq olunması, idarəetmə strukturları və konsepsiyalarının müasirləşdirilməsi təmin ediləcək: "Bu müəssisələrdən xarici bazarda fəaliyyət göstərəni var. Məsələn götürək SOCAR-ı. İri beynəlxalq layihələrin iştirakçısıdır. Bir neçə ölkədə aktivlərə malikdir. Bu reallıq ona dəlalət edir ki, SOCAR-ın idarə olunması da təkmilləşdirilməlidir, ən azı ümumdünya maliyyə böhranı və pandemiyanın təsirləri fonunda yaranmış yeni iqtisadi gerçəkliklər şəraitində yeni çağırışlara cavab verməlidir. Dövlət müəssisələri xarici bazarlara çıxdıqca və ya ölkədən kənarda fəaliyyətlərini genişləndirdikcə daha rəqabətədözümlü olacaqlar. Eyni zamanda, onların ixrac potensiallarının artmasına da töhfə veriləcək”.

Deputat Elnur Allahverdiyev hesab edir ki, dövlət müəssisələrinin qazancı iqtisadiyyatın inkişafına yönəldilməlidir: "Cənab Prezident son müşavirədə bildirdi ki, dövlət bu müəssisələrə və onların həyata keçirdikləri layihələrə sərmaye yatırsa da, faktiki olaraq xeyir götürmür. Bu nə deməkdir? İlk növbədə o deməkdir ki, büdcədən çıxan vəsait faktiki olaraq qayıtmır, yaxud da tam həcmdə qayıtmır. Pandemiyadan zərər çəkmiş iqtisadiyyat şəraitində belə bir vəziyyət büdcəmiz üçün ciddi itkidir. Belə çıxır ki, dövlət işsizlik şəraitində gəlirindən qalmış əhaliyə maddi dəstək verməklə yanaşı, böyük potensialı olan bu qurumları da maliyyələşdirir və əvəzini görmür.

Onların fəaliyyət göstərdiyi sahələrə özəl investisiyalar cəlb olunmalı, dövlət-özəl tərəfdaşlığının inkişafı stimullaşdırılmalıdır. Bu isə dövlət və özəl sektor arasında şəffaf rəqabət, ədalətli və bərabər şərtlər deməkdir.

"İndi elə bir vəziyyət yaranıb ki, birlikdə bu çətinlikləri dəf etməliyik. Bütün imkanlar işə salınmalı və istifadə olunmalıdır. Səmərəlilik amili önə çıxmalıdır. Biz bilməliyik ki, bütün yük dövlətin üzərinə düşə bilməz. Dövlət son 6 ayda sahibkarları çətin vəziyyətdən çıxarmaq üçün ciddi tədbirlər paketi həyata keçirib. Prezident iqtisadiyyatda liberallaşdırma siqnalını verib, güman ki, yaxın zamanlarda biz bu istiqamətdə tədbirlərin şahidi olacağıq. Bu prosesin öncülləri fikrimcə, dövlət müəssisələri olmalıdır. Çünki dövlətin ən böyük sərmayesi məhz onların fəaliyyətinə yönəlir”.

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...