Elman Rüstəmov: “Neftin bugünkü qiyməti Azərbaycan iqtisadiyyatı üçün təhlükəli deyil"

Elman Rüstəmov: “Neftin bugünkü qiyməti Azərbaycan iqtisadiyyatı üçün təhlükəli deyil
 "Azərbaycan iqtisadiyyatı neftin ucuzlaşmasına kifayət qədər dayanıqlıdır”.

Sfera.az xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

"2015-ci ildən sonra ölkədə bir sıra tədbirlər görülüb, iqtisadiyyat neftin yeni qiymətləri üzərində tarazlaşdırılıb. Həm sosial-iqtisadi inkişaf proqnozlarında, həm də dövlət büdcəsində neftin qiyməti azaldılıb. 2015-ci ildə həmin qiymət 90 ABŞ dolları götürülmüşdü, 2020-ci ildə isə 55 ABŞ dollarına endirilib. Bundan başqa, büdcə qaydalara qəbul olunub, Azərbaycan manatının məzənnəsi 1 ABŞ dolları 1,7 manata bərabər olmaqla sabitləşdirilib, 2018-2019-cu illərdə milli valyutanın ucuzlaşması deyil, bahalaşması ilə bağlı təzyiqlər baş verib. Bu illər ərzində valyuta ehtiyatları yaradılıb”, - o qeyd edib.

"Əlbəttə, neftin 55 dollarlıq qiyməti kifayət qədər yüksəkdir, ölkədə sosial-iqtisadi inkişaf proqramları reallaşdırmağa, iqtisadi inkişafa dəstək verməyə, iqtisadiyyatı sabit saxlamağa imkan verir. Xüsusilə ötən il Azərbaycanda böyük sosial paketlər reallaşdırılıb. Bu gün neft ucuzlaşsa da, hesab edirəm ki, qiymət Azərbaycan üçün təhlükəli deyil. Üstəlik, ölkənin valyuta ehtiyatları var ki, bu da illik ümumi daxili məhsula (ÜDM) nisbətdə 110%-ə bərabərdir. Xarici dövlət borcumuzun isə ÜDM-ə nisbəti əvvəlki illərlə müqayisədə xeyli aşağıdır. Bütün bunlar bizə indiki vəziyyətə nikbin baxmağa imkan verir. 

Əgər neftin ucuzlaşması qısamüddətli olsa, Azərbaycan bundan cüzi itki ilə çıxacaq. Çünki ilin əvvəlindən bəri orta qiymət 58 ABŞ dolları olub. Neftin qiyməti 40-50 və yaxud 30-40 ABŞ dolları arasında qərarlaşsa belə, Azərbaycan iqtisadiyyatında kifayət qədər makro iqtisadi dayanıqlılıq var və maliyyə sabitliyi təmin edilə bilər”, - AMB sədri əlavə edib. 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...