Əli Kərimlinin yaxın adamının səs yazısı: \"Heç kim gəlmir, biabır oluruq\" - AUDİO

Əli Kərimlinin yaxın adamının səs yazısı: \
 

AXCP sədri Əli Kərimlinin yaxın adamlarından birinin - partiya funksioneri Məmməd İbrahimin sosial şəbəkələrdə səs yazısı yayılıb.

İbrahim Məmməd Əziz oğlu – 1966-cı ildə Yevlax rayonunda anadan olub, AXCP sədrinin müşaviri, Nərimanov şöbəsinin koordinatorudur. Partiya daxilində xüsusi aktiv və tanınmış şəxslərdəndir.

M.İbrahim 2015-ci il sentyabrın 30-da xuliqanlıq ittihamı ilə 3 il müddətinə həbs olunub.

Audioyazıda nə deyir, Məmməd İbrahim?

"Bizim qərarımız var, 4-cü gün piket keçirəcəyik ya İcra Hakimiyyətinin qabağında ya da Prezident Aparatının qabağında. Gələn gəlsin, qorxan qorxsun, bizim işimiz budur. Ona görə deyirəm ki, köhnədən gələn, təzədən gələn bizim bu işdə təcrübəmiz var. Dünən gələn adam bilmir bu nə deməkdir? Nə üçündür? Biz bilmişik haralara gedəndə nədir. Qurtarın, heç kim gəlməyəcək Lökbatana, heç kim gəlməyəcək Lökbatana. "Dvadsatı”-ya gəlmirdilər, "Dvadsatı”-ya biz 2 min, 3 min adam yığırdıq. 2 min ə, 3 min adam gəlmişdi "Dvadsatı”-ya. 20-ci sahədən uzaqdı Lökbatan. "Dvadsatı”-ya 2 min adam gəldi biabır olduq, biabır olduq, biabır olduq, əl çək bu Lökbatandan. Mikayıl bəy, əl çək bu Lökbatandan."

Bu lent yazısından AXCP və Milli Şura yetkililərinin niyə Lökbatan meydanına görə cığallıq eləməsinin səbəbi aydın olur. Elektorat Əli Kərimliyə görə fədakarlıq etmək istəmir. Biabır olduqıarını görən AXCP funksionerləri isə mitinq keçirməkdən daha çox, məkanla bağlı cığallıq etməyə üstünlük verirlər. Çünki, Məmməd İbrahim demişkən, insanlar gəlmirlər və biabır olurlar...


(musavat.com)

OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...