Eldar Əzizovdan Qaradağın icra başçısına töhmət verilməsinə münasibət

Eldar Əzizovdan Qaradağın icra başçısına töhmət verilməsinə münasibət
 
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova töhmət elan edilməsinə münasibət bildirib.

Sfera.az report-a istinadən xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlama verən BŞİH başçısı bildirib ki, bütün icra hakimiyyətlərinin başçıları yaxşı işləməlidir:

"Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin öz fəaliyyətlərində dönüş yaratmağa çalışdıqlarını müşahidə edirik. Bu, normal haldır. Çünki kiməsə cəza verilməsi, kiminsə fəaliyyətinin qiymətləndirilməsi normaldır. Deməli, daha da yaxşı işləməliyik".

E.Əzizov Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının töhmətdən nəticə çıxarıb-çıxarmaması ilə bağlı sualı belə cavablandırıb:

"Bu gün buna cavab vermək hələ tezdir. Çünki bir ay yeni keçib. Hər halda onların ünvanına yeni bir irad deyilməyib”.

E.Əzizov həmçinin bildirib ki, Qaradağ Rayon İcra hakimiyyətindən başqa BŞİH-ə tabe olan heç bir rayon icra hakimiyyətlərinin başçılarına töhmət verilməyib.

Qeyd edək ki, martın 24-də BŞİH-də keçirilən müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunub və ona xəbərdarlıqla töhmət elan edilib. 

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...