Ekspert: “SOCAR nəinki yerli, hətta beynəlxalq layihələri də icra etməyə qadirdir”

Ekspert: “SOCAR nəinki yerli, hətta beynəlxalq layihələri də icra etməyə qadirdir”
Avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi baş tutub. Bu dayaq bloku SOCAR-ın "BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq bloku "Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq. Bu, "Qarabağ” yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq.

Qeyd edək ki, "Qarabağ” layihəsi üzrə hazırlanan və tikintisi iki il ərzində aparılan dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. "STB-1” daşıma barjına yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. 

"SOCAR layihələrin icrasında yerli mütəxəssislərə üstünlük verir”

Enerji məsələləri üzrə ekspert Emin Axundov Sfera.az-a açıqlamasında deyib ki, son zamanlar Azərbaycanda "Qarabağ” kimi iri layihələr SOCAR-ın öz daxili maliyyə imkanları, texniki bazası və kadr potensialı hesabına həyata keçirilir: "Məsələn, "Qarabağ” layihəsi üçün konstruksiyanın hazırlanmasında çalışanların 95 faizi yerli mütəxəssislərdir. Sadəcə "Qarabağ” yatağında deyil, digər yataqlarda da bunu müşahidə edə bilərik. Məsələn, Ümid yatağında SOCAR-ın ən debitli quyusu yerli şirkət SOCAR AQŞ tərəfindən qazılmış oldu və burada yerli mütəxəssislər çalışırdı”. 

Yerli layihələr SOCAR-ın daxili imkanları hesabına icra edilir

E.Axundov qeyd edib ki, bundan əlavə "Bulla-dəniz” yatağında 12-ci dəniz özülünün layihələndirilməsi, tikintisi və quraşdırılması tamamən SOCAR-ın öz daxili imkanları hesabına həyata keçirilib: "Bu layihə SOCAR-ın Neft-Qaz Elmi Layihələndirmə İnstitutu tərəfindən layihələndirilib, Neft-Qaz Tikinti Tresti tərəfindən isə tikilib və quraşdırılıb”.

Türkiyə strateji əhəmiyyətli layihələrini SOCAR-a etibar edir

Ekspertin sözlərinə görə, SOCAR-ın bütün imkanları nəzərə alınmaqla həm də beynəlxalq layihələri də icra etmək potensialını özündə cəmləyib. SOCAR-ın Türkiyədə strateji neft-qaz layihələrində tenderlərin qalibi olması bunun bariz nümunəsidir: "SOCAR AQŞ şirkəti Türkiyədə ən strateji layihələrdən biri olan duzgölü yeraltı qaz anbarlarının genişləndirilməsi layihəsində tenderin qalibi oldu. Bu, qardaş ölkə üçün də strateji bir layihədir. Yeraltı qaz anbarları Türkiyənin enerji təhlükəsizliyi nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Belə bir strateji layihənin Azərbaycanın yerli şirkətinə həvalə edilməsi hesab edirəm ki, SOCAR-ın formalaşdırdığı müsbət imicdən xəbər verir. Bu da beynəlxalq layihələrin yüksək səmərəliliklə həyata keçirilməsindən irəli gəlir”. 

"SOCAR-a görə TANAP-ın maya dəyəri 2-dəfə aşağı düşüb”

Ekspert bildirib ki, Azərbaycan TANAP layihəsində ən böyük - 58%-lik paya sahibdir. SOCAR ilk dəfə belə bir boru kəməri layihəsində operator qismində çıxış edir. Bu layihə də həm vaxtında həyata keçirilir, həm də yüksək səmərəliliklə icra edilir: "SOCAR-ın sayəsində layihə üzrə 45%-lik ilkin investisiya dəyərinə qənaət edilmiş oldu. Bölgədə həyata keçirilən digər boru kəməri layihələrinə nəzər yetirsək, görərik ki, onların məsafə vahidinə görə maya dəyəri TANAP-dan 2 dəfə daha çox olub. Bu isə bizə mənzərəni aydın təsəvvür etməyə imkan verir. Yəni, Azərbaycan beynəlxalq layihələri həm texniki cəhətdən, həm də maliyyə baxımından ən yüksək səmərəliliklə həyata keçirə bilir”.

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...