Ekspert: \"Metronu əvəz edəcək avtobus şəbəkəsinin yaradılması doğru addımdır\"

Ekspert: \
Koronavirus infeksiyasının sürətlə yayıldığı bir vaxtda insanları ehtiyac olmadıqca evdən çıxmamağa çağıran Nazirlər Kabineti yanında Operativ Qərargah bu gündən etibarən xüsusi karantin rejimini sərtləşdirib.

Mövcud vəziyyətdə metrodan istifadənin infeksiyanın yayılması baxımından təhlükəli olduğuna diqqət çəkərək metronun gün ərzində 5 saat fəaliyyət göstərməsi ilə bağlı qərar qəbul edilib.
 
Metro stansiyalarının fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etmək üçün təşkil etdiyi ekspres marşrut xətlərinin sayını daha 5 ədəd artırıb.

Mövzu ilə əlaqədar "Finans.az"a açıqlama verən nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev bunun standart nəqliyyat məsələsi olmadığını bildirib:

"Əslində, normal şəraitdə nəqliyyat sistemi əhalinin maksimal mobilliyini təmin etmək üçündürsə, indiki vəziyyətdə əhalinin mobilliyini məhdudlaşdırmaq lazımdır. Lakin həkimlər, hüquq mühafizə orqanlarının nümayəndələri, market işçiləri və s. kimi fəaliyyəti zəruri olan peşə sahibləri mövcuddur. Onların mobilliyi təmin olunmalı və onlar işlərinin başına vaxtında çatmalıdırlar. Çünki bizim də fəaliyyətimiz həmin şəxslərin işlərindən asılıdır".

Ekspertin sözlərinə görə, nəqliyyat vasitəsi kimi metro daha qapalı məkan olduğundan havalandırma sistemi istənilən halda digər yerüstü nəqliyyat vasitələrindən daha pisdir:

"Metro qapalı mühitdir, gərək bütün stansiyalar, platformalar, vaqonların daxili dezinfeksiya edilərək havalandırılsın. İndiki şəraitdə metroda daha çox insanın toplaşması heç də arzuolunan bir şey deyil və metrodan mümkün qədər az istifadə olunmalıdır".

H. Abdullayev bu baxımdan metronu əvəz edəcək avtobus şəbəkəsinin yaradılmasının doğru addım olduğunu vurğulayıb:

"Yerüstü nəqliyyat vasitələrinin havalandırılması və dezinfeksiyası daha asandır. Buna görə də, metronu əvəz edəcək yerüstü nəqliyyat vasitələrinin tətbiq olunması düzgün addımdır. Nəzərə alsaq ki, işləməsi vacib olan bəzi peşə sahibləri onsuzda risk ilə qarşılaşırlar, əsas məsələ onların iş başına rahat çatdırılmasını təmin etməkdir. Həmçinin həmin şəxslərin işə vaxtında çatmasını təmin etməklə digər insanların toplaşmasını məhdudlaşdırmaq önəmlidir".

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...