Ekspert: "Karbamid gübrəsinin daxili istehsalı strateji əhəmiyyət daşıyır"

Ekspert:
 

Azərbaycanda neftdən asılılığın azaldılması strategiyası çərçivəsində qeyri-neft sektorunun inkişafı istiqamətində iş aparılır. Son illərdə qeyri-neft sektorunda bir sıra əhəmiyyətli layihələr həyata keçirilib. Bunlardan biri də "SOCAR Carbomide" zavodunun fəaliyyətə başlamasıdır.

Ümumiyyətlə, karbamidin daxildə istehsalının təşkilinin nə kimi üstünlükləri var?

Bu barədə "APA-Economics"ə açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun mineral gübrələr laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru Məmməd Məmmədov bildirib ki, karbamid gübrəsinin daxildə istehsalının strateji əhəmiyyəti var:"Bu, ilk növbədə, idxaldan asılılığı azaltmaqla ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verir. Digər tərəfdən, gübrələrin alınmasına xərclənən vəsait artıq milli iqtisadiyyatımızda qalır. Eyni zamanda yerli istehsal olan karbamidin maya dəyəri daha aşağıdır. Bu isə həmin gübrəni fermerlərə daha sərfəli şərtlərlə satmağa imkan verir. Nəticədə kənd təsərrüfatı məhsullarının maya dəyəri aşağı düşür və onların xarici bazarlarda rəqabət qabiliyyəti artır".

Karbamidin kənd təsərrüfatı üçün önəminə toxunan M. Məmmədov qeyd edib ki, bu gübrə azot itkisini azaltmaqla kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə böyük töhfə verir.

"Karbamid azot gübrəsidir. Azot isə bitkilər üçün həyat deməkdir. Bizdə karbamid istehlakı əvvəlcədən aşağı olub. Belə ki, həmin gübrə idxal olunduğundan alıcılar üçün baha başa gəlirdi. Bu səbəbdən ölkəmizdə ənənəvi olaraq silitra kimi tanıdığımız ammonium nitrata üstünlük verilib. Hərçənd ki, karbamid ondan iki dəfə daha güclüdür və bitki üçün az zərərlidir. Digər tərəfdən, o, ammonium nitrata nisbətən yuyulmaya daha davamlıdır. Karbamid torpağın münbitliyinin qorunub saxlanılmasında da böyük rol oynayır. Bu gün karbamidin daha əlçatan olması yaxın və orta perspektivdə daxildə onun istehlakının əhəmiyyətli dərəcədə artacağını düşünməyə əsas verir", - deyə ekspert vurğulayıb.

Xatırladaq ki, "SOCARCarbomide" zavodu 16 yanvar 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilmişdir. Zavod 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin təxminən 70%-i ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə ildə 160 mln. ABŞ dollarınadək əlavə gəlir əldə etməyə imkan verəcəkdir. Karbamid zavodu hazırda qeyri-neft sektorunda həyata keçirilən, ümumi dəyəri təxminən 800 mln. avro olan ən böyük layihədir.



OXŞAR XƏBƏRLƏR

Makedoniyalı İsgəndərin ailəsinin sirri: İndi də sərkərdənin atasının cəsədi itkin hesab edilir

Təxminən 50 il əvvəl arxeoloqlar Yunanıstanın şimalındakı qədim Vergina şəhəri yaxınlığında qazıntılar zamanı yeni bir kəşf ediblər. Qərara gəlinib ki, Makedoni...

Ronaldonun öz-özünə danışması gündəm oldu - VİDEO

Asiya Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.   Sfera.az xəbər verir ki, son oyun günündə Kriştianu Ronaldonun komandası “Ən...

Leyla və Arzu Əliyevalar konsertdə - FOTOLAR

Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gə...

Təkərli Gitara: Elvis Preslinin ən qeyri-adi avtomobili satılır - FOTO

Elvis Preslinin çox qeyri-adi "Cadillac"ı Fransada satışa çıxarılıb. Nəhəng çəhrayı avtomobil gitaraya bənzəyir.   Sfera.az bildirir ki, &l...

May ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?

Maqnit qasırğaları insanların sağlamlıq vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.   Sfera.az xəbər verir ki, meteoroloqların fikrincə, ma...

Robert De Nironun oğlu transgender oldu - FOTO

Hollivud ikonu Robert De Nironun 29 yaşlı oğlu Aaron De Niro transseksual qadın kimi ictimaiyyət qarşısına çıxıb və özünə İrene adı seçib.   O, bu ba...