Ekspert: “Bu həftə neftin qiyməti 40 dollardan yuxarı yüksələ bilər”

Ekspert: “Bu həftə neftin qiyməti 40 dollardan yuxarı yüksələ bilər”
 

"Martın 18-də Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Texniki Komitəsinin iclası keçiriləcək. Bu iclasda martdan sonrakı dövr üçün neftin həcmləri ilə bağlı yeni tövsiyələr verilərək formalaşdırılmalıdır".

Sfera.az xəbər verir ki, bunu report-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib.

 

Onun sözlərinə görə, bu tarixə isə cəmi bir həftə qalıb, neftin qiyməti dünəndən bu günə artıq 7% artıb: "Artıq şok effekti keçmək üzrədir. Nəticə etibarı ilə biz bu həftə ərzində neftin qiymətində 40 dollardan yuxarı bir səviyyəni görəcəyik”.

Ekspert deyir ki, martın sonunda artıq neftin qiymətinin  45-50 dollar/barel civarında olmasını görəcəyik: "Bu, bir şok effekti idi və bundan sonra bazar iştirakçıları daha soyuqqanlı addımlar atacaqlar. Bundan öncə neftin bir barelinin qiyməti 51-52 dollar civarında olub. Hazırki şəraitdə neftin bir barelinin qiymətinin 45-50 dollar olması bazar üçün daha da məqbuldur. Baxmayaraq ki, bu gün dünya iqtisadiyyatı azalıb. Bugünkü gün üçün bu qiymət də reallığı əks etdirən bir qiymət hesab edilə bilər”.


 

İqtisadçı-ekspert İlham Şaban:

"Azərbaycanın dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac olmayacaq".

 

Neft Araşdırmalar Mərkəzinin rəhbəri düşünür ki, neftin bir bareli bu qiymətdə olsa, Azərbaycanın dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac olmayacaq: "Çünki, Maliyyə Nazirliyinin Yeni Büdcə Qaydalarına əsasən, neftin bir barelinin qiymətinin 40 dollara qədər düşməsi büdcəyə gələn gəlirlərin 1,6% aşağı azalması deməkdir. Bu da təxminən 400 milyon manat təşkil edəcək. Bu isə olduqca kiçik bir rəqəmdir”. 



 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...