Əhmədiyyə Cəbrayılov Ukraynada yad edilib

Əhmədiyyə Cəbrayılov Ukraynada yad edilib
 
Kiyevdə Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyində II Dünya Müharibəsinin qəhrəmanı Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd edilib.

Sfera.az xəbər verir ki, əfsanəvi qəhrəmanın ad gününün qeyd olunması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin avqust ayının 11-də verdiyi sərəncama əsasən, hazırlanan tədbirlər çərçivəsində həyata keçirilib və Azərbaycandan kənarda keçirilən ilk tədbir olub.

Əhmədiyyə Cəbrayılovun xatirəsini yad etmək üçün Ukraynanın siyasi ictimai xadimləri, tarixçiləri və hərbçiləri tədbirdə iştirak edib.

Xatirə gecəsində Fransa Respublikasının Ukraynadakı səfiri Etyen de Ponsen də iştirak edərək azərbaycanlılara və Əhmədiyyə Cəbrayılova minnətdar olduğunu bildirib.

"Biz bu gün Əhmədiyyə Cəbrayılovun 100 illiyini qeyd edirik. Əhmədiyyə Azərbaycan və Fransanı birləşdirən bir şəxsdir. Fransa Respublikası Fransa bayrağı altında vuruşan heç bir qəhrəmanı ununtmayıb. Və mənim üçün bu gün burada Azərbaycan və Fransa qəhrəmanının xatirə gecəsində iştirak etmək böyük şərəfdir."

Tədbir iştirakçıları əfsanəvi partizan haqqında hazırlanan sənədli filmə baxdıqdan sonra onun haqqında öz fikirlərini bildirib, bəziləri isə xatirələri ilə bölüşüb.

Xatirə gecəsində çıxış edən Azərbaycan Respublikasının Ukraynadakı səfiri Elmira Axundova qonaqlara Azərbaycan əsgərlərinin bu günlərdə də göstərdiyi qəhrəmanlıqlardan danışdı.

İkinci Dünya Müharibəsində 600 mindən çox azərbaycanlı iştirak edərək qəhrəmanlıq göstərib. Onlardan biri də Əhmədiyyə Cəbrayılovdur. Ukrayna uğrunda gedən döyüşlərdə əsir düşən Əhmədiyyə əsirlikdən qaçaraq Fransa partizanlarına qoşulub və göstərdiyi şücaətlərə görə Fransa dövlətinin orden və medalları ilə təltif edilib və Fransa müqavimətinin lideri, sonra isə Fransa Respublikasının prezidenti olan Şarl De Qolla yaxın dost olub.( REAL TV)
 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...