Əhalinin 49 faizi toyuq saxlayır – Maraqlı STATİSTİKA

Əhalinin 49 faizi toyuq saxlayır – Maraqlı STATİSTİKA
Azərbaycanda heyvan, quş və arı ailələrinin mövcudluğu ilə bağlı statistik müayinə aparılıb. 

Sfera.az bildirir ki, aparılan qiymətləndirməyə əsasən, ailələrin 48,6 faizi toyuq saxlayır. Hər ailəyə düşən toyuq sayı orta hesabla 21 başdır. Şəhər yerlərində ailələrin 19,3 faizi, kənd yerlərində isə 85 faizi toyuq saxlanılır. 

Bundan başqa əhalinin 17,2 faizinin hind toyuğu, 16 faizinin qaz-ördəyi var. Həm hind toyuğunda, həm də qaz-ördək saxlanılmasında böyük pay kənd yerlərinə düşür. 

Ailələrin 24 faizi inək, 9,7 faizi qoyun saxlayır. Hər ailə təsərrüfatında orta hesabla 2,6 baş inək, 22,7 baş qoyun saxlanılır. 

Nisbət baxımından sıralandıqda ailələrin 3,1 faizi keçiyə, 1,6 faizi ata, 0,9 faizi eşşəyə sahibdir. Statistik müşahidə göstərir ki, şəhər yerlərində az da olsa at və keçi saxlayanlar tapılsa da, eşşək saxlayana təsadüf edilməyib. 

Arı ailəsi saxlayanlar isə ailələrin 1,8 faizini təşkil edir. 

Vasif
Sfera.az
     


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...