No Image
No Image

“Əfqanıstandan çıxdığınız kimi buradan da çıxın” - İraqın Baş naziri Baydenlə görüşdə bunu xahiş edəcək?

“Əfqanıstandan çıxdığınız kimi buradan da çıxın” - İraqın Baş naziri Baydenlə görüşdə bunu xahiş edəcək?
İraqın Baş naziri Mustafa Al-Kazimi ABŞ prezidenti Cozef Baydenlə görüşəcək.
 
Vaşinqtonda keçiriləcək görüşdə Mustafa Al-Kazimi Cozef Baydenlə ölkəsində ABŞ silahlı qüvvələrin mövcüdluğuna son qoyulması məsələsini müzakirə etmək niyyətindədir.
 
Maraqlıdır, ABŞ-ın belə bir güzəştə getməsi mümkündürmü? Yekun nəticə necə ola bilər?

Məsələ ilə bağlı Sfera.az-a danışan Bakı Politoloqlar Klubunun rəhbəi Zaur Məmmədli ABŞ-ın İraqla bağlı siyasətinin fərqli olacağını deyib:

"İraqla bağlı məsələ Əfqanıstandan sonra aktual olacaq. Hələ ki, ABŞ və NATO üçün əsas məqam Əfqanıstandan çıxmaqdır. İraq Əfqanıstandan fərqli geosiyasi əhəmiyyətə, zəngin enerji resurslarına malikdir, o cümlədən Yaxın Şərqin qovşağında yerləşir. Ona görə də Vaşiqtonun Bağdad və Kabillə siyasətinin eyni olacağını düşünmürəm. Hər halda həm Əfqanıstanda, həm də İraqda ABŞ-ın gəlişindən sonra nə qədər paradoksal səslənsə də İranın və ona yaxın qrupların güclənməsinin şahidi olduq.

Bundan sonrakı proseslərdə isə ABŞ Prezidenti Co Baydenin hansı qərarı çıxaracağı hələlik məlum deyil. Birmənalı şəkildə bəllidir ki, Əfqanıstandan ABŞ ordusunun çıxarılması Baydenin qərarı deyildi. Əslində? ondan qabaq bu Tramp tərəfindən irəli sürülmüşdü. Lakin İraqla bağlı ABŞ-ın nə keçmiş, nə də indiki siyasi hakimiyyət nümayəndələri birmənalı mövqe nümayiş etdirməyiblər".

Politoloq türk qüvvələrinin Kabil hava limanına nəzarət etdikdən sonra İraqda hakim mövqeyə sahib olacağını deyib:

"Hər halda İraq, Əfqanıstan və s bu kimi dövlətlərdə daxili sabitliyi əldə etmək üçün qərarlar qəbul edərkən çox kövrək yanaşma lazımdır. İraq və Əfqanıstanın bu vəziyyətə salınmasının ən böyük baiskarının kimlər olduğunu bilirik. O dövlətlər ki, bu illər ərzində bölgədə sabitlik yarada bilmədilər və əksinə bölgəni terror yuvasına çevirdilər. Çox təəssüf ki, region ölkələri bu hadisələrdən əziyyət çəkir. Hər halda əgər ABŞ ordusunun İraqdan çıxarılması ilə bağlı qərar qəbul olunarsa və Əfqanıstanda olduğu kimi estafet Türkiyə tərəfinə verilərsə, bu addım Türkiyənin, demək olar ki, bütün İraqı ələ almasına gətirib çıxaracaq.

Hadisələrin sonrakı gedişatı hələlik onu deməyə əsas verir ki, indiki məqamda İraqla bağlı qərar qəbul edilməyəcək".
 
Əzizə Zeynal
Sfera.az
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Tacikistan prezidentinin bacısı da dünyasını dəyişdi

Tacikistan Prezidenti Emomoli Rahmonun 64 yaşlı bacısı Kurbonbi Rahmonova koronavirusdan dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Tacikis...

Ermənistanın müdafiə naziri İSTEFA VERDİ

Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan istefa verib. Sfera.az xəbər verir ki, bu barədə 168.am saytı məlumat yayıb.  Rəsmi hakimiyyət o...

“Peyvənd pasportu olmayanlar həbs olunacaq” – Fransa prezidenti qərarı imzaladı

Fransa prezidenti Emmanuel Makron peyvənd pasportu olmayan şəxslərə yeni qadağa tətbiq edib. Sfera.az "Guardian" qəzetinə istinadən xəbər verir ki, Fr...

“Əfqanıstandan çıxdığınız kimi buradan da çıxın” - İraqın Baş naziri Baydenlə görüşdə bunu xahiş edəcək?

İraqın Baş naziri Mustafa Al-Kazimi ABŞ prezidenti Cozef Baydenlə görüşəcək.   Vaşinqtonda keçiriləcək görüşdə Mustafa Al-Kazimi Cozef Baydenlə ölk...

ÜST daha bir ştammın təhlükə saçdığını açıqladı: “Lyambda” artıq 30 ölkədə yayılıb

Koronavirusun mutasiya etmiş "Lyambda” ştammı da artıq 30 ölkədə yayılıb. Sfera.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili Xəstəl...

Nursultan Nazarbayev: “Qəddafi mənə 20 milyard dollar təklif etmişdi, razılaşmadım...”

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev deyib ki, Liviyanın keçmiş prezidenti Muəmmər Qəddafi SSRİ-nin dağılmasından sonra ona Sovet nüvə silahları...