Əbülfəs Qarayevi kim əvəz edə bilər? - Deputatlar danışdı

Əbülfəs Qarayevi kim əvəz edə bilər? - Deputatlar danışdı
 

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində nazir müavini və idarə rəisinin külli miqdarda vəsait mənimsədiyi üçün həbs edilməsi ictimaiyyətdə Mədəniyyət naziri Əbülfəs Qarayevin istefası məsələsini gündəmə gətirib.

Maraqlıdır, Əbülfəs Qarayev istefa verərsə, millət vəkilləri bu postda kimi görmək istəyərlər?

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı "kult.az”a açıqlama verən millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, bu gün Mədəniyyət naziri vəzifəsi üçün Azərbaycanda kifayət qədər istedadlı, qabiliyyətli kadrlar var:

"Ölkə başçısı kimi bu vəzifəyə təyin edərsə, biz onu dəstəkləyəcəyik”.

Fazil Mustafa isə deyib ki, bu sahədə müəyyən qədər təcrübəsi olan və işləmiş şəxslərin nazir təyin edilməsinin tərəfdarıdır:

"Mədəniyyət naziri cəmiyyətlə təmasda olmalıdır. Bu cür kadrlar ölkəmizdə var. Mən konkret kiminsə adını çəkərək başqasının haqqına girmək istəmirəm.

Bəlkə, mənim dediyim kadrlardan daha yaxşıları var ki, onlar bu vəzifəyə uyğundur. Ona görə də bu məsələlərə qarışmağı doğru saymıram. Bu, Prezidentin səlahiyyətində olan məsələdir.

Dəyişiklik məsləhət olarsa, o, bununla bağlı qərar verər”.

Millət vəkili Aqil Abbas da bununla bağlı qərarı yalnız Prezident İlham Əliyevin verə biləcəyini qeyd edib:

"Mədəniyyət naziri hələ vəzifə başındadır. Onu kimin əvəz edib-etməməsi Prezident İlham Əliyevin səlahiyyətindədir”.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...