Dünyanın ən çox qazanan idmançıları SİYAHI

Dünyanın ən çox qazanan idmançıları SİYAHI
 

"Forbes” nəşri son bir ildə mükafat, əməkhaqqı, sponsorluq gəlirləri və bonuslar əsasında ən çox qazanan idmançıların siyahısını açıqlayıb.

Sfera.az nəşrin saytına istinadla xəbər verir ki, siyahıda ilk yeri isveçrəli tennisçi Rocer Federer tutub. O il ərzində 106,3 milyon ABŞ dolları qazanıb. Qeyd olunub ki, hazırda 38 yaşlı Federerin 13 müqaviləsi mövcuddur, onların hər biri idmançıya 3 milyon ABŞ dollarından 30 milyon ABŞ dollarına qədər vəsait ödəyir.

"Yuventus” futbol klubunun futbolçusu Kriştiano Ronaldo dünyanın ən çox qazanan ikinci idmançısıdır. Portuqaliyalı hücumçu son bir ildə 105 milyon ABŞ dolları qazanıb.

Ən çox qazanan idmançıların siyahısında Lionel Messi ( "Barselona”, 104 milyon ABŞ dolları) və Neymar (PSJ, 95,5 milyon ABŞ dolları) da var.

İlk onluqda həmçinin, basketbolçular Lebron Ceyms (88,2 milyon ABŞ dolları), Stefan Karri ( 74,4 milyon ABŞ dolları) və Kevin Dyurant 63,9 milyon ABŞ dolları), qolfçu Tayqer Vuds (62,3 milyon ABŞ dolları) və Amerika futbolunun iki nümayəndəsi Kirk Kazins (60,5 milyon ABŞ dolları) və Karson Vençin (59,1 milyon ABŞ dolları) adları yer alıb. 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...