NATO-nun yeni “düşmən”i haqda maraqlı iddialar

NATO-nun yeni “düşmən”i haqda maraqlı iddialar

Ötən gün Londonda keçirilən NATO-nun 70 illiyi sammitinin yekun bəyannaməsində Alyansın yeni "düşməni” elan olunub. 

Sfera.az xəbər verir ki, yekun sənəd ənənəvi olaraq "terrorizmin bütün növləri və təzahürləri ilə mübarizə” çağırışı ilə yanaşı ilk dəfə olaraq Çinin artan nüfuzu və beynəlxalq siyasətinə vurğu edilir.

İlk dəfə olaraq NATO-nun bəyannaməsində Çinin artan gücünün qeyd olunması maraqla qarşılanıb. Növbəti "soyuq müharibə” Qərb və Çin arasında gedəcək?

Son illərdə Çin xarici siyasətdə xeyli fəallaşıb, bir neçə il əvvəl ilk xarici hərbi bazasını Cibutidə qurub. Afrikada böyük yatırımlar həyata keçirir. Bir neçə ay əvvəl İran və İraqla yüz milyard dollarlıq anlaşma əldə edib, Suriya hakimiyyətinə maliyyə dəstəyi verir. Dekabrın 27-də Fars körfəzində İran, Rusiya və Çin birgə hərbi təlimlər keçirəcək. Bu da NATO-nun narahatlğının haqlı olduğunu göstərən əlamələr hesab oluna bilər. 

Almaniyanın "Die Welt” nəşri yazır ki, NATO-nun təsis edilməsindən 70 il sonra alyansın fəaliyyətinin nəticələri ilə tanış olmaq mümkündür. Lakin hərbi blok yeni təhlükələrə hazırlıqlı deyil. Rusiya alyans daxilində sabitliyi pozmağa çalışır, amma onun yeni güclü rəqibi meydana çıxıb.

"Digər tərəfdən, bütün tarixi xidmətlərinə baxmayaraq, bu gün NATO-nun bünövrəsi dağıla bilər. Birliyin gələcəyi, gələcəkdə alyans üzvlərinin birinə hücum olduğu təqdirdə kollektiv müdafiə təminatının effektiliyi ilə bağlı narahatlığa əsas var” məqalədə qeyd olunur.

"Blokun iki dövlətlə münasibətdə perspektivli strategiyası yoxdur. Rusiya ilə bağlı yeni debatların keçirilməsini tələb edən Fransa prezidenti haqlıdır. Lakin Çinin rolu barədə NATO-da böyük fikirayrılığı yaşanır: Amerika üçün Pekin düşməndir. Almaniya və Fransa isə ilk növbədə Çinin ticarət tərəfdaşı kimi təklif etdiyi imkanları vurğulayır. Əsas ziddiyyət də elə budur. Almaniya ilə Fransa Pekini əsasən kommersiya baxımından nəzərdən keçirdikləri üçün onun özü ilə daşıdığı təhlükəni lazımınca qiymətləndirmirlər. Çin investisiyaların və iqtisadi gücünün hesabına regionda siyasi təsirə nail olmaq istəyir. Çin hərbi imkanlarını o qədər artırıb ki, Avstraliya, Cənubi Koreya, Yaponiya və Tayvan kimi ölkələrdə Amerikanın qarant dövlət rolu getdikcə daha çox şübhə doğurur. Bütün bunlar Avropanın təhlükəsizliyinə, rifahına faciəvi təsir göstərə bilər”. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti plenar iclası BAŞLADI

Milli Məclisin növbəti plenar iclası başlayıb.   Sfera.az xəbər verir ki, iclasa parlamentin sədri Sahibə Qafarova rəhbərlik edir.   İclas...

Aktauda Azərbaycanın üç vətəndaşının müalicəsi davam etdirilir

Hazırda üç Azərbaycan vətəndaşı Manqistau vilayət çoxprofilli xəstəxanasında müalicə alır.   Sfera.az Qazaxıstan KİV-lərinə istinadən xəbər veri...

İlhamə Elşadqızı ağır ittihamla HƏBS EDİLDİ

“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla tutulan şair İlhamə Elşadqızı da cinayət məsuliyyətinə cəlb edilib.   S...

Cinayətdə şübhəli bilinən 45 nəfər saxlanıldı

Dekabrın 26-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.    ...

İtkin düşən 17 nəfər tapıldı

Dekabrın 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparıl...

Azərbaycan bundan sonra da idmanın inkişafına böyük diqqət ayıracaq

Ölkəmizdə dövlət tərəfindən idmana olan diqqət və qayğı göz qabağındadır. İdman cəmiyyətin ayrılmaz hissəsidir. Xüsusilə, gənc nəslin yetişdirilməsi, vətənpərvə...