Rusiya “A321” təyyarəsinin partladılmasında Türkiyə izi görmür
Dünya
17:18 / 16.02.2016
2699
Rusiya oktyabr ayında Sinay yarımadasında "A321” təyyarəsinin qəzaya uğramasında Türkiyə izini görmür.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov bildirib.
"Türkiyə izini biz görmürük, təhqiqatlar isə davam edir”, - Bortnikov "A321”təyyarəsinin qəzaya uğramasında Türkiyə izi olmasına dair verilən sualın cavabında deyib.
Rusiya və sovet aviasiyasında ən böyük qəza 2015-c ilin oktyabr ayının 31-də baş verib.
Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan "Koqalımavia” şirkətinə məxsus"Airbus A321” təyyarəsi Misirin Sinay yarımadası üzərində qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində 217 sərnişin və yeddi heyət üzvü olub. Onların hamısı həlak olub. Federal Təhlükəsizlik Xidmətinin məluamtına görə, qəza terror aktı nəticəsində baş verib.
Daha öncə Rusiyanın "Kommersant” qəzeti "A321” təyyarəsində baş verən terror aktının arxasında İŞİD-lə əlaqəli olan "Boz qurd” təşkilatı üzvlərinin olmasının mümkünlüyünə dair məlumat yaymışdı.