Meksika hakimiyyəti narkomafiya ilə müharibəni dayandırdı

Meksika hakimiyyəti narkomafiya ilə müharibəni dayandırdı
Meksika narkomafiyaya qarşı müharibəni dayandırır və sülh istəyir.
 
Oxu.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Andres Manuel Lopes Obrador bəyanat verib.

Onun sözlərinə görə, hakimiyyət qətllərin sayının azalmasına, insanların talan edilməsi və qaçırılması hallarının azaldılmasına istiqamətlənir və kartel liderlərinin həbsini başlıca məqsəd hesab etmir. Prezident əlavə edib ki, başçıların saxlanılması artıq onların strategiyası deyil.

Cinayətkarlığa qarşı müharibəni 2006-cı ildə o zaman Meksikanın prezidenti olan Felipe Kalderone elan etmişdi. O, narkomafiyaya qarşı mübarizəyə ordu hissələrini cəlb etmişdi, polis qüvvələrində islahatlar aparmışdı və cinayət dünyasının başçılarına qarşı ov elan etmişdi.

F.Kalderonenin sələfi Enrike Penya Nyeto müharibəni davam etdirmişdi. Onun dövründə məşhur narkobaronlar, o cümlədən, "Sinaloa” kartelinin El Çapo (Cırtdan) ləqəbli rəhbəri Xoakin Qusman zərərsizləşdirilmiş və həbs olunmuşdu.

Daha əvvəl, yanvarın 16-da kolumbiyalı narkotacir Aleks Sifuentesa Meksikanın keçmiş prezidenti E.Nyetonu narkobaron X.Qusmandan rüşvət almaqda təqsirləndirib. Onun sözlərinə görə, X.Qusman 2012-ci ildə E.Nyeto prezident vəzifəsinə keçməmişdən bir neçə ay əvvəl ona 100 milyon dollar pul ödəyib.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...