Vaaqan Arutyunyan yenidən həbs edildi

Vaaqan Arutyunyan yenidən həbs edildi
Ermənistanın paytaxtı Yerevanda 2008-ci il martın 1-də polisin müxalifətçilərə atəş açması hadisəsini araşdıran istintaq qrupunun keçmiş rəhbəri Vaaqan Arutyunyan yenidən həbs olunub.

"Report” "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətindən bildiriblər. 

V.Arutyunyan ölkə Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və vəzifə səlahiyyətlərini aşaraq, silah və ya xüsusi vasitələrlə güc tətbiqinə qoşulmaq maddələri ilə ittiham olunur.

Yerevan məhkəməsi onun barəsindən həbs qətimkan tədbiri seçib. 

Qeyd edək ki, bu cinayət işi üzrə Ermənistanın Prezidenti (1998-2008) Robert Koçaryan, sabiq müdafiə naziri Mikale Arutyunyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturov da ittiham olunurlar. Onlar ölkənin Konstitusiya quruluşunu dəyişdirməkdə ittiham olunurlar.

R.Koçaryan 2018-ci ilin iyulunda həbs edilib.

Keçmiş müdafiə nazir barəsində axtarış elan olunub. 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Xanım deputat yenidən namizəd oldu

Milli Məclisin VI çağırış deputatı Könül Nurullayeva 1 sentyabr - Növbədənkənar Parlament seçkilərində iştirak edəcək.    Sfera.az-ın məlumatına...

Sumqayıtda iti öldürən şəxs cərimələndi

Sumqayıt  şəhərində sahibsiz itin ölldürülməsi barədə sosial şəbəkədə paylaşılan görüntülər Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşla...

İlham Əliyev Çex Respublikasının Baş naziri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb...

Kürdə batdığı ehtimal olunan Səidin axtarışları davam edir- VİDEO

İyulun 16-da Kür çayının Zərdab şəhərindən keçən hissəsində batdığı ehtimal olunan Zərdab rayon sakini 2006-cı il təvəllüdlü Seyidməmmədli Səid Səbuhi oğlunun a...

Rusiyada general vəzifəsindən uzaqlaşdırıldı

Rusiyada general Vadim Şamarin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsindən kənarlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barə...

Ərdoğan Trampla telefon danışığı apardı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentliyinə namizəd Donald Trampla telefon danışığı aparıb. Sfera.az xəbər verir ki, danışıq zamanı&...