18 yaşlı qız islamdan imtina etdi:Səudiyyə Ərəbistanına daha bir zərbə

18 yaşlı qız islamdan imtina etdi:Səudiyyə Ərəbistanına daha bir zərbə
Səudiyyə Ərəbistanı vətəndaşı, xanım Rahaf Məhəmməd al-Qununun 18 yaşı var. Ailəsi ilə birlikdə Kuveytdə tətildə olarkən gizli şəkildə Taylanda uçub. Oradan isə Avstraliyada getmək fikrində imiş. Düşünürmüş ki, orada siyasi sığınacaq alsın. Universitet tələbəsi olan bu qız bir müddət Taylandın paytaxtı Banqkokdakı tranzit zonada qalır. Bu zaman Səudiyyədən olan diplomatlar oraya gəlir, onun pasportunu və digər sənədlərini zorla ondan alırlar, təklif edirlər ki, Rahaf Məhəmməd növbəti uçaqla yenidən Kuveytə dönsün.
Belə olduqda, gənc xanım qaldığı otel nömrəsində özünə barrikada qurur. Və tələb edir ki, BMT nümayəndəsi gəlmədən otağı tərk etməyəcək. Son dərəcə aktiv olan xanım eyni zamanda sosial şəbəkələr üzərindən ərəb və ingilis dillərində emosional təsir gücü yüksək olan müraciətlər yayır.

Orada yazır ki, onu zorla Səudiyyə Ərəbistanına qaytarmaq istəyirlər: "Məni geri aparsalar, öz ailəm məni öldürəcək. Mənim həyatım təhlükə altındadır. Çünki mən hamının gözü qarşısında islamdan üz çevirdim. Buna görə məni bağışlamayacaqlar”.

Uzun sürən danışıqlardan sonra o, BMT-nin Mühacirlər üzrə Ali Komissarlığının himayəsi altına alınıb. Rahaf Məhəmməd al-Qununa Kanada və Avstraliya sığınacaq verməyə hazır olduğunu bəyan edib. Hazlrda bu gənc qızın başına gələnlər dünya mediasının manşetlərindədir.

Camal Qaşıqçı olayından sonra belə bir hadisənin baş verməsi Səudiyyə Ərəbistanının beynəlxalq nüfuzuna növbəti zərbədir.Musavat.com

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...