Qadın əsgər Şimali Koreya ilə bağlı DƏHŞƏTLİ FAKTLARIN ÜSTÜNÜ AÇDI: ordudakı qızları... - FOTO

Qadın əsgər Şimali Koreya ilə bağlı DƏHŞƏTLİ FAKTLARIN ÜSTÜNÜ AÇDI: ordudakı qızları... - FOTO
 Uzun illərdir təkpartiyalı hakimiyyət idarəçiliyi ilə qapalı qalan Şimali Koreya hələ də, sirli ölkələrdən biridir.

Bu ölkə haqqında hər bir məlumatın oxucular tərəfindən maraqla qarşılanmasını nəzərə alaraq Milli.Az Şimali Koreyadan qaçan keçmiş qadın əsgərin dəhşətə gətirəcək etiraflarını və bu ölkədən gizli şəkilləri təqdim edir:

Şimali Koreyadan qaçan keçmiş qadın əsgərin sözlərinə görə, dünyanın ən böyük dördüncü ordusunda stress və qida çatışmazlığı səbəbindən qadınlar menstruasiya olmur, orduda təcavüz halları isə qadın əsgərlər üçün adi haldır.

Təxminən 10 il əsgərlik çəkən və 10 ildən çoxdur ki, Şimali Koreyadan çıxan Lee So Yeon 20-dən çox qadınla birlikdə qaldığı xatirələrini unutmadığını deyib.

"Çox tərləyirdik, döşəklərimiz çəltik qabığından idi, buna görə də bədənimizin qoxusu ona çökürdü. Heç xoş deyildi. Ən çətin isə çimmək idi. İsti su yox idi, dağdan gələn suya bağlı bir borunun altında yuyunurduq. Bəzən borudan qurbağa və ilanlar üstümüzə düşürdü", -deyə o bildirib.
 
Universitet professorunun qızı olan So Yeon indi 41 yaşındadır. Ailəsindəki kişilərin çoxu hərbçidir. 1990-cı illərdə ölkədəki quraqlıq səbəbindən ən azından hər gün yemək yemək üçün könüllü əsgər getdiyini deyib. Həmin illərdə minlərlə qadın eyni yolu seçmişdi.

"Şimali Koreyanın Gizli İnqilabı" kitabını yazan Jieun Baek "qıtlıq xüsusən qadınlar üçün çox çətin bir dövrə səbəb oldu. Daha çox qadın təcavüzə məruz qaldı", - deyə bildirib.

Şimali Koreyada ölkə mətbuatı da ciddi şəkildə nəzarətdə saxlanılır. Lakin bəzən məlumatlar və ya fotolar dünya mediasına sıza bilir. Şimali Koreya rejiminin dünyada görülməsini "çox da uyğun" bilmədiyi şəkillərin bəziləri. (publika.az)
 







 
 


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...