Epşteynə qadınlar təqdim edən yaxın dostu Parisdə ölü tapıldı

Ceffri Epşteynin yaxın dostu 69 yaşlı Daniel Siad evində ölü tapılıb. O, Epşteynə qadın alveri və istismarında kömək etməkdə ittiham olunan fransızlardan biri idi.
Sfera.az bildirir ki, model agenti və Epşteynin sutenyoru olduğu iddia edilən şəxs ona qadınlar tapmaqda kömək edib. Adı yüzlərlə məxfilikdən çıxarılmış "Epşteyn sənədlərində" qeyd olunub. Prokurorluq Daniel Siadın hələ də müstəntiqlər tərəfindən dindirilmədiyini, lakin bütün ittihamları rədd edərək, hadisələrin öz versiyasını təqdim etmək və dinlənilmək istədiyini bildirib.
Hüquq-mühafizə orqanları ölüm səbəbini müəyyən etmək üçün cəsədin tapılmasından sonra istintaqa başlayıb.
Ölümündən əvvəl Siad bütün ittihamları rədd etmiş və Epşteynin onun etibarından sui-istifadə etdiyini iddia etmişdi. Lakin, məxfiliyi açıqlanan sənədlərdə o, qadın ovunu balıq ovu ilə müqayisə edir:
"Bu təlaş-təlaşda özümü balıqçı kimi hiss edirəm: bəzən tez balıq tuturam, bəzən isə heç tutmuram"-deyə Siad 2014-cü ildə Epşteynə yazırdı.
Qeyd edək ki, Daniel Siad Əlcəzairdə anadan olub və 2000-ci illərin əvvəllərindən 2017-ci ilə qədər Epşteynlə işləyib.
O, bütün dünyada modelləri araşdırıb. 2022-ci ildə bir fransız qadın polisə Siadın onu Epşteynə təqdim etdikdən sonra əlinə necə düşdüyünü danışıb.
May ayında Siad Fransa mediasına Epşteyni tanıdığını və gənc qadınları ona təqdim etdiyini bildirib.
Buna baxmayaraq, o, Epşteynin həmişə peşəkar davrandığını, özünü “Victoria's Secret”in kastinq direktoru kimi təqdim etdiyini iddia edib.

Mərhum Epşteynin 10 milyon funt sterlinq dəyərində olan “Avenue Foch” ləqəbli Paris mənzilinə yalnız işgüzar görüşlər üçün getdiyini iddia edib:
"Hər dəfə modelləri göstərib onlarla birlikdə gedirdim. Onunla münasibətim tamamilə peşəkar idi. Onun şəxsi həyatı haqqında heç nə bilmirəm."
Cefri Epşteyn 2019-cu ildə vəfat edib və indi onun əlbirləri ölür. 2020-ci ildə Fransa hakimiyyəti model agenti Jan-Luk Bruneli amerikalı milyarderə qadın təchiz etməkdə ittiham etdikdən sonra həbs edib. O da 2022-ci ildə həbsxanada ölü tapılıb.
Xatırladaq ki, Epşteyn 2019-cu ildə insan alveri ittihamları ilə məhkəməni gözləyərkən həbsxanada ölü tapılıb.
Aynil
