Qonşu ölkədə güclü zəlzələ oldu


Qonşu ölkədə güclü zəlzələ oldu
Kateqoriya məlum deyil26.09.25, 07:34466 👁️
T

Kamçatka (Rusiya) sahillərində 5.8 və 6 maqnitudalı iki yeraltı təkan qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialı məlumat yayıb.

 

Bildirilib ki, 5.8 maqnitudalı zəlzələ Petropavlovsk-Kamçatsk şəhərindən 204 km məsafədə baş verib, ocağı 10 km dərinlikdə yerləşib. Maqnitudası 6 olan digər yeraltı təkan isə vilayət mərkəzindən 210 km məsafədə, 16.6 km dərinlikdə baş verib.

 

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

PAYLAŞ
Sehliyali
Yüklənir...