ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında üçtərəfli görüşün təşkili üzərində iş aparılır.
Sfera.az “Qazeta.ru”ya istinadən xəbər verir ki, iddialara görə, danışıqlar gələn həftə baş tuta bilər, lakin görüşün yeri hələ müəyyənləşməyib.
Ağ Evin mətbuat katibi Karolin Levit Trampın hər iki liderlə görüşə açıq olduğunu təsdiqləyib. Avqustun 7-də Vladimir Putin də Zelenski ilə görüşə qarşı olmadığını bəyan edərək, belə danışıqlar üçün müəyyən şərtlərin vacibliyini vurğulayıb və prosesin uzun çəkə biləcəyini qeyd edib.
Fidan Hacızadə
Sfera.az