Krımda partlayışlar: Kerç körpüsü bağlandı

Krımda partlayışlar: Kerç körpüsü bağlandı

Krımda baş verən bir sıra partlayışlar səbəbilə Kerç körpüsü müvəqqəti olaraq bağlanıb. Hadisə, Rusiya ilə Ukrayna arasında davam edən müharibənin gərgin məqamlarında qeydə alınıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bölgədə pilotsuz uçuş aparatlarının fəaliyyəti və hava hücumundan müdafiə sistemlərinin işə düşməsi müşahidə olunub.

 

Xüsusilə Kerç bölgəsində və bir neft anbarının yaxınlığında yanğın olduğu bildirilir. Feodosiya şəhərində isə bir neçə güclü partlayış səsləri eşidilib. Şəhər sakinləri başları üzərində pilotsuz aparatların uçduğunu deyiblər.

 

Hadisələrdən sonra Krım körpüsü – Kerç körpüsü təxminən 5 saat müddətinə bağlanıb. Səhər saat 05:04-də Rusiyaya bağlı “Telegram” kanallarından biri körpüdə nəqliyyatın bərpa olunduğunu açıqlayıb. Rusiya mənbələri insansız hava vasitələrindən gələn təhlükənin zərərsizləşdirildiyini iddia ediblər.

 

Qeyd edək ki, 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsindən sonra Ukrayna qüvvələri Rusiya ordusu üçün strateji əhəmiyyət daşıyan Krım körpüsünü dəfələrlə hədəf alıb.


Bəsti Rəfizadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR