Putinin Ərdoğanla danışması planlaşdırılmır - Kreml

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar hələlik gündəmdə deyil.
Sfera.az “Qazeta.ru”nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Prezident Ərdoğanla Putinin cədvəli üzrə hələ heç bir söhbət yoxdur, lakin türk dostlarımızla bir neçə saat ərzində sözün əsl mənasında ən yüksək səviyyədə danışıqları əlaqələndirmək imkanımız var”, - deyə Peskov qeyd edib.
Onun sözlərinə görə, zərurət yaranarsa, danışıqlar operativ şəkildə təşkil oluna bilər. Peskov əlavə edib ki, hələlik Türkiyə prezidentinin nümayiş etdirdiyi siyasi iradə diqqətdədir.
Xatırladaq ki, bundan əvvəl Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutmuş, tərəflər Moskvanın Ukrayna münaqişəsinin diplomatik yollarla həllinə sadiqliyini müzakirə etmişdilər. Görüşdən sonra Kremlin açıqlamasında, iki ölkə liderinin müxtəlif səviyyələrdə təmasları davam etdirmək və dövlət başçılarının mümkün görüşünə hazırlıq aparmaq barədə razılığa gəldiyi bildirilmişdi.
Türkiyə prezidenti isə daha əvvəl Rusiya-Ukrayna danışıqlarına dair vəziyyəti yaxından izlədiyini bəyan etmişdi.
Fidan Hacızadə
Sfera.az