İstanbul görüşünün heyətləri açıqlandı

İstanbul görüşünün heyətləri açıqlandı

Ukrayna və Rusiya nümayəndə heyətləri növbəti sülh danışıqları üçün yenidən Türkiyədə bir araya gəlməyə hazırlaşır. Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamasında görüşlərin 24 iyulda İstanbulda keçiriləcəyini bildirib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski danışıqlarda Ukrayna heyətinə əvvəlki iki İstanbul görüşündə olduğu kimi, Təhlükəsizlik Şurasının katibi Rüstem Umerovun rəhbərlik edəcəyini deyib.

 

Onun sözlərinə görə, heyətdə həmçinin Ukrayna kəşfiyyatı, Xarici İşlər Nazirliyi və Prezident Aparatından nümayəndələr yer alacaq.


Rusiya tərəfi isə danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibində dəyişiklik olmadığını açıqlayıb. Əvvəlki turlarda olduğu kimi, Rusiya heyətinə Vladimir Medinski rəhbərlik edəcək.


Görüş zamanı əsir mübadiləsi, oğurlanan ukraynalı uşaqların geri qaytarılması, itkilərin qarşısının alınması və dövlət başçıları səviyyəsində mümkün görüş üçün hazırlıqların müzakirə ediləcəyi gözlənilir.


Kremlin sözçüsü Dmitri Peskov isə mövzu ilə bağlı verdiyi açıqlamada, hazırkı mərhələdə “möcüzəvi nəticələr” gözləməyə əsas olmadığını bildirib. Peskov, sülh sazişinə dair konkret təqvim təqdim etməyin mümkün olmadığını və gündəliyin olduqca mürəkkəb olduğunu vurğulayıb.


Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndələri bundan əvvəl 16 may və 2 iyun tarixlərində də İstanbulda görüşlər keçiriblər. İndiyə qədər aparılan danışıqlarda yalnız əsir mübadiləsi məsələsində nəticə əldə olunub, atəşkəs istiqamətində isə ciddi irəliləyiş baş verməyib.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...

Hikmət Hacıyev: Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub

“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.   Bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 i...

Ərdoğan Kamran Əliyevi qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Baş prokuroru Kamran Əliyevi qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə lider...

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.   Sfera.az xəbər v...

Biləsuvar xəstəxanasında azyaşlı öldü

Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   “Daha ö...