Rusiyadan Azərbaycana daha bir QADAĞA


Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin fitosanitar nəzarəti zamanı Rusiya Federasiyası üçün karantin növünə aid diri imaqolar aşkar edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

 

Yoluxmuş məhsulların idxalı qadağan edilib.

 

Qeyd edək kiiyulun 11-dən etibarən Azərbaycanın “Allbuy” MMC və “Milk Products” MMC şirkətləri tərəfindən istehsal olunan bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağan edilib.


OXŞAR XƏBƏRLƏR