Trampın bomba hədəsinə Peskovdan CAVAB

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın guya “Moskvanı bombalamaq” təhdidi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Sfera.az “Gazeta.ru” nəşrinə istinadən xəbər verir ki, Peskov jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, Trampın belə bəyanatlar verib-vermədiyini nə təsdiqləmək, nə də inkar etmək mümkündür:
“Siz məndən Trampın Amerikada danışıb-danışmadığını təsdiqləməyimi xahiş edirsiniz. Ən azından, bu, tamamilə doğru deyil. Nə qədər istəsəm də, bunu nə təsdiq, nə də inkar edə bilərəm”.
Kreml sözçüsü həmçinin əlavə edib ki, hazırda yayılmış videoların həqiqiliyini dəqiqləşdirmək çətindir, çünki saxtalaşdırılmış materiallar çoxdur və onların sayı bəzən həqiqi məlumatları üstələyir.
Fidan Hacızadə
Sfera.az