İran üçün vaxt qoyuldu - İki gün...

Dünya
08:18 / 18.06.2025
2279
Amerika rəsmiləri hesab edirlər ki, yaxın 24-48 saat İran ətrafındakı vəziyyət üçün həlledici olacaq, çünki bu müddət ərzində Vaşinqtonun İsrail hərbi əməliyyatlarına qoşulması ilə bağlı qərar verilə bilər.
Sfera.az xəbər verir ki, bu haqda “ABC News” məlumat yayıb.
Qeyd olunduğu kimi, bu müddət ərzində Vaşinqton İranla münaqişənin diplomatik yolla həllinin mümkün olub-olmamasına və ya ABŞ prezidenti Donald Trampın hərbi əməliyyatlara əl atacağına qərar verə bilər.
Telekanalın mənbələrinin bildirdiyinə görə, ABŞ hələ də Tehranı danışıqlar masasına qaytara və uranın zənginləşdirilməsindən tam imtinanı nəzərdə tutan sazişi imzalamağa məcbur edə biləcəklərinə inanır.