Bu ölkədə güclü ZƏLZƏLƏ OLDU

Dünya
18:35 / 31.05.2025
4636
Yaponiyanın Hokkaido adasında 6.1 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Almaniya Geoloji Elmlər Tədqiqat Mərkəzi yayıb.
Yeraltı təkanların təxminən 20 kilometr dərinlikdə qeydə alındığı bildirilib.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib və sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib.